Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
Tarix: 16.11.2018 | Saat: 14:05:00 | E-mail | Çapa göndər


M.Ə.Rəsulzadə bələdiyyəsində Azərbaycan Dövlət İqtisad Universitetinin professorları ilə görüş keçirilib. Görüşdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, sədrin müavinləri Ayət Nağıyev və Leyli Tahirova, bələdiyyənin komissiya sədrləri və şöbə müdirləri, Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Kamil Şahbazov və kafedranın dosenti, iqtisad elmləri namizədi Zakir Mirzəyev iştirak ediblər.
Görüşdə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən irəli gələrək tərəflər arasında əməkdaşlığa dair müzakirələr aparılıb. M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub. M.Ə.Rəsulzadə bələdiyyəsi “Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır və bu istiqamətdə öz töhvələrini verəcəkdir.
“Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi hədəfdə elektron bələdiyyə sisteminin formalaşdırılması, yerli vergilər və ödənişlərin elektronlaşdırılması, təsərrüfat fəaliyyəti ilə məşğul olan tərəflərin təhsilin inkişafına və onun səviyyəsinin bazar münasibətlərinin yüksək tələblərinə uyğunlaşdırılması, ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və dünya standartlarına müvafiq şəkildə hazırlanmış mütəxəssislərin işlə təmin edilməsinə qayğı və diqqətin artırılmasıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının müdiri iqtisad elmləri doktoru, professor Kamil Şahbazov və kafedranın dosenti Zakir Mirzəyev “Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi istiqamətində M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən universitetlə əməkdaşlığa dair təklif edilməsini yüksək dəyərləndiriblər. Onlar vurğulayıblar ki, bu, bələdiyyələrdən gələn ilk təşəbbüsdür və bu təqdirəlayiqdir. Görüşdə bildirilib ki, əməkdaşlıq çərçivəsində ölkə iqtisadiyyatının inkişafı sahəsində problemlərin həllinə yönəldilmiş birgə elmi-tədqiqat işlərinin aparılmasını, elmi konfrasların, forumların, simpoziumların keçirilməsi, bələdiyyə əməkdaşlarının universitetdə ixtisaslarının artırılması və yenidən hazırlanması işinin təşkili, universitetin tələbələrinə, gənc alim – aspirantlara bələdiyyədə istehsalat təcrübəsi keçməsi üçün imkanlar və şəraitin yaradılması, təcrübə keçmək və təhlil aparılması nəzərdə tutulub.
Müzakirələr nəticəsində M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanması, tədbirlər planının hazırlanması qərara gəlinib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info