İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
Tarix: 16.11.2018 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin VIII Forumu müasir dünyada gənclərin qarşısında duran əsas çağırışların müzakirəsi, ölkə gənclərinin inkişafı, qarşıdakı dövrdə onların fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Gənclərinin VIII Forumunda iştirak edən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AZƏRTAC-a müsahibəsində deyib.
İ.Orucov bildirib ki, bu forumların keçirilməsi ənənəsinin əsasını xalqımızın ümummilli lideri, dövlət gənclər siyasətinin banisi Heydər Əliyev tərəfindən qoyulub. Forumlarda əsasən, gəncləri narahat edən məsələlər və onların həlli yolları, perspektiv planlar müzakirə edilir. Respublikamızın bütün regionlarından seçilmiş nümayəndələr çıxışlarında bu sahədə əldə edilmiş uğurlar, eyni zamanda, qarşıda duran fəaliyyət proqramları barədə fəal müzakirələr aparırlar. Hər Forumdan sonra gənclərin mütəşəkkilliyinin artdığını, müasir dövrün çağırışlarına daha yüksək səviyyədə cavab verə bilən gənclərin formalaşmasının şahidi oluruq.
Cəmiyyətin sədri deyib ki, ulu öndər Heydər Əliyevin bilikli, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda, dünyada gedən proseslərə dərindən bələd olan gənclər görmək arzusunu daim vurğulayırdı. Prezident İlham Əliyevin Ulu Öndərimizin müəllifi olduğu dövlət gənclər siyasətini daha da inkişaf etdirərək uğurla reallaşdırması nəticəsində artıq ölkəmizdə minlərlə belə gənc formalaşıb. Bu gün ölkə həyatının bütün sahələrində yüksək fəallıq göstərən, Azərbaycan reallıqlarını dünyada uğurla təbliğ edən gənclər ordusu formalaşıb. "Qürurla deyə bilərik ki, dünyada gənc alimlərin ən böyük tədbirləri məhz Azərbaycanda keçirilib. Dünya gənc alimlərinin ilk beynəlxalq Bakı Forumu, Avropa gənc alimlərinin I, II və III forumları məhz ölkəmizdə təşkil edilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, elm sahəsində də öz sözünü deməyə başlayır", - deyə İ.Orucov bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info