“Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri”ndən bəhs edən kitab
Tarix: 16.11.2018 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“Avropa” nəşriyyatında nəfis şəkildə çap olunan növbəti kitab belə adlanır - “Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri”. Coğrafiya üzrə fəlsəfə doktoru Sima Əliyevanın müəllif olduğu üç fəsildən ibarət 216 səhifəlik kitabda tədqiqatçı alim müasir dünyamızda baş verən ekoloji problemləri, iqlim dəyişikliklərini, xüsusilə də ölkəmizin Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin və proseslərin öyrənilməsi və onların məskunlaşmaya təsirini elmi araşdırmaya cəlb edib. Əsərdə məskunlaşma vahidlərinin davamlı inkişafı və təsərrüfat sahələrinin fəaliyyətinin təmin edilməsi üçün Kür-Araz ovalığında baş verən təbii-dağıdıcı hadisələrin yayılma arealları və intensivliyi, onların baş vermə səbəbləri, təkrarlanması və dağıdıcı gücü, dəyən ziyanların azaldılması, qabaqlayıcı və mühafizə-müdafiə tədbirlərinin görülməsi barədə dolğun və elmi cəhətdən araşdırılmış məlumatlar yer alıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru coğrafiya üzrə elmlər doktoru, professor N.Babaxanovdur. Təbii-dağıdıcı hadisələrin çoxaldığı bir zamanda belə bir elmi tədqiqat əsərinin işıq üzü görməsi olduqca əhəmiyyətlidir. Müəllif yazır: “Kür-Araz ovalığının təbii-coğrafi şəraiti və ərazinin mənimsənilmə xüsusiyyətləri ilə əlaqədar olaraq burada daşqın, subasma, güclü küləklər, quraqlıq və s. kimi təbii-dağıdıcı hadisələr yayılmışdır. Regionda sıx kollektor-drenaj şəbəkəsinin yaradılmasına baxmayaraq suvarmanın düzgün aparılmaması, sahələrə normadan artıq su verilməsi, kollektorların lillənməsi və su sərfinin aşağı düşməsi son dövrlərdə şoranlaşma sahələrinin xeyli artmasına, torpaqların məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarmışdır. Məhz bu baxımdan, Kür-Araz ovalığında hidrotexniki qurğuların istismarı zamanı baş verə biləcək hadisələrin vura biləcəyi ziyanın azaldılması istiqamətində kompleks tədbirlər işlənib hazırlanmalı, eyni zamanda, istehsal və xidmət obyektlərinin ərazi təşkili, əhalinin məskunlaşması işlərində təbii-dağıdıcı hadisələrin baş verməsi və yayılması areallarının nəzərə alınması günümüzün vacib məsələlərindən biridir. Bu mənada onların qarşılıqlı əlaqədə öyrənilməsi, iqtisadi-coğrafi aspektdə elmi-tədqiqatların aparılması günün tələbidir”. Əsər iqtisadi coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr) və müəllim heyəti, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, AMEA-nın Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin elmi işçisi kimi bir sıra beynəlxalq simpozium, konfrans və elmi seminarların iştirakçısı olan Sima Əliyeva 30-dan artıq elmi əsərin müəllifidir.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
BSU tələbələri istehsalat təcrübəsinə başlayıb
19.02.2019
UNEC-dən professor-müəllim heyətinin təkmilləşdirilməsi ilə bağlı növbəti addım
19.02.2019
Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib
19.02.2019
ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfranslar keçirilib
19.02.2019
Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info