Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
Tarix: 16.11.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) və “Caspian European Club”un birgə təşkilatçılığı ilə noyabrın 16-da biznes forum keçirilib. Biznes foruma DMX-nin rəisi Vüsal Hüseynov sədrlik edib. Biznes forumda ölkəmizdə miqrasiya sahəsində biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
DMX-nin rəisi Vüsal Hüseynov görüşdə iştirak etdiklərinə görə biznes sektorunun nümayəndələrinə təşəkkürünü bildirib. O, forumun əhəmiyyəti, ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlər, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib. Bildirib ki, “Caspian European Club”un üzvləri ilə görüşlər ölkəmizdə dövlət və özəl sektor arasında dialoqun inkişafına, şəffaflığın artırılmasına bundan sonra da töhfə verəcək.
Xidmət rəisi miqrasiya proseslərinin və əmək miqrasiyasının tənzimlənməsi sahəsindəki proseslərin hər zaman diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi bütün dünyanın qarşısında duran prioritetlərdəndir.
Vüsal Hüseynov söyləyib ki, Azərbaycan Respublikası üçün də miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun tənzimlənməsi, həmçinin miqrantların, o cümlədən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi və investisiya nöqteyi-nəzərindən cəlbediciliyinin artırılmasında miqrasiya qaydalarının sadələşdirilməsi Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş prioritet vəzifələrdəndir. Bu baxımdan DMX tərəfindən mütəmadi olaraq miqrasiya sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı təhlillər aparılmaqla yeni dəyişikliklərin edilməsi məqsədilə təkliflər verilir.
Xidmət rəisi bildirib ki, biznes dairələrindən gələn təkliflər də nəzərə alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsi məqsədilə “ASAN viza” sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədi üçün giriş vizası da daxil edilib.
Azərbaycanın quru sərhədlərində DMX-nin bölmələrinin yaradılması prosesinin davam etdirildiyini bildirən Vüsal Hüseynov Bakı Şəhər Regional Miqrasiya İdarəsinin də əsaslı təmirdən sonra tezliklə müasir tələblərə cavab verəcək şəkildə fəaliyyət göstərəcəyini, o cümlədən hazırda Xidmətin rəsmi mobil tətbiqinin hazırlanması istiqamətində işlərin yekunlaşmaqda olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu tətbiqin istifadəyə verilməsi əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılmasını, eləcə də Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata ayrılan vaxtın minimuma endirilməsini təmin edəcək.
“Digər mühüm layihə isə miqrasiya ilə bağlı ümumi məlumatlandırma platforması funksiyası daşıyacaq, əcnəbilərə ölkə haqqında, eləcə də qanunvericiliyin tələbləri barədə məlumatları anlaşıqlı dildə çatdıracaq yeni veb-səhifənin yaradılmasıdır. Hazırda bu istiqamətdə də intensiv işlər davam etdirilir”, - deyə Vüsal Hüseynov bildirib.
Daha sonra Xidmət rəisi tədbir iştirakçılarının, o cümlədən media təmsilçilərinin suallarını cavablandırıb.
Görüşdə biznes forum iştirakçılarının təklifləri, eləcə də “Caspian European Club”a üzv şirkətləri maraqlandıran məsələlər də ətraflı müzakirə olunub.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə Vüsal Hüseynova minnətdarlığını bildirib.
Klubun idarə heyətinin üzvü Vüqar Eyvazov DMX ilə birgə təşkil olunan və özünün rəhbərlik etdiyi işçi qrupunun fəaliyyəti haqqında məlumat verib.
Sonra Telman Əliyev DMX-nin rəisi Vüsal Hüseynova “Caspian European Club”un fəxri üzvü sertifikatını təqdim edib.
Eyni zamanda, “Caspian European Club”a yeni üzv olan və üzvlüyünü davam etdirən şirkətlərin nümayəndələrinə də müvafiq sertifikatlar verilib.
Tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbərləri, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Hazırda 70 ölkədən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club”un əsasını Prezident İlham Əliyev qoyub. Bu qurum 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2018
“Milli-mənəvi dəyərlərimizin öyrənilməsində oxu mədəniyyətinin rolu“
12.12.2018
İlin əvvəlindən dövlət məşğulluq orqanları tərəfindən 50,2 min nəfər işlə təmin edilib
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info