Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 16.11.2018 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Noyabrın 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Tədbirdə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Daha sonra AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan avtomobil yollarının tarixindən və son illər respublika yollarının təmiri, bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlərdən geniş məruzə ilə çıxış edib.
Saleh Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da, yollar sahəsində o dövr üçün böyük işlər görülüb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə isə respublika və beynəlxalq əhəmiyyətli bir sıra layihələr gerçəkləşdirilib. Saleh Məmmədov Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində yol infrastrukturunun yenilənməsi işlərinin də uğurla davam etdirildiyini vurğulayıb. Tədbirdə Azərbaycan avtomobil yollarının 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib. Yubiley tədbirində Türkiyə, Rusiya, Koreya Respublikası, Çin, Yunanıstan və digər ölkələrdən qonaqlar iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycan nefti bahalaşıb
13.12.2018
Qış turizmi: öncədən sifarişlə “Şahdağ”a xeyli turist cəlb edə bilərik
13.12.2018
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13.12.2018
Prezident Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.12.2018
Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə təbəqə dəmirlərin yük vaqonları ilə nəqlinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info