Azərbaycanın paracüdoçusu dünya çempionu olub
Tarix: 17.11.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər



Noyabrın 16-da Portuqaliyada Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) təşkilatçılığı ilə paracüdoçular arasında dünya çempionatı keçirilir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Bayram Mustafayev əlcəzairli rəqibi S.Lamrini ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Milli komandamızın iki cüdoçusu Vüqar Şirinli və Orxan Qarayev 60 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda tatamidə qarşılaşıblar. V.Şirinli qalib gələrək bürünc medala sahib olub.
Paralimpiyaçımız Ramil Qasımov 73 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisini məğlub edərək bürünc medal qazanıb.
Qadınların final mübarizəsində isə Şəhanə Hacıyeva (48 kiloqram) dünya çempionatının gümüş medalını əldə edib.
Yarışlarda milli komandamız 14 idmançı ilə təmsil olunur.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub
09.12.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub
09.12.2018
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
09.12.2018
“Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub
08.12.2018
Türkiyə Superliqası: “Qalatasaray” komandası öz meydanında xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info