İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Tarix: 17.11.2018 | Saat: 13:49:00 | E-mail | Çapa göndər



Türkiyənin İğdır şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və “Azərbaycanlılar və türk dilində danışan xalqlarla əməkdaşlıq” Mərkəzi (ATXEM) tərəfindən birgə təşkil olunan mərasimdə iki qardaş ölkəni təmsil edən rəsmi şəxslər, deputatlar, diplomatlar, tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə İSTAD-ın sədri Səfər Qaraqoyunlu, İğdır vilayətinin başçısı Ənvər Ünlü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Qarsdakı baş konsulluğunun məsul əməkdaşı Behbud Qadalı, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və ATXEM-in sədri İlham İsmayılov çıxış ediblər.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu çıxış edərək bildirib ki, dərnək hər zaman Azərbaycan və Türkiyənin müstəqilliyinə eyni məhəbbətlə yanaşıb. Belə bir mərasimin İğdırda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki XX əsrin əvvəllərində Azərbaycanda baş verən proseslər, o cümlədən xalqımıza qarşı tətbiq olunan qeyri-insani hərəkətlər müasir Türkiyənin şərqində, eləcə də İğdır bölgəsində də yaşanıb. Cümhuriyyətinin şərəfli missiyası hər bir türkiyəlinin qəlbində iftixar yeridir.
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışan İğdır vilayətinin başçısı Ənvər Ünlü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Cümhuriyyətimizin 100 illiyi münasibətilə təbriklərini çatdırıblar. Azərbaycanın müstəqilliyinin qorunmasını və dövlətimizin inkişafını Türkiyə üçün son dərəcə əhəmiyyətli bir sərvət kimi dəyərləndiriblər. Ölkələrimizin birgə siyasi qərarlar sayəsində əldə etdikləri dinamik inkişafın tarixi nailiyyət olduğu vurğulanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi qısa, lakin şərəfli ömür yolundan danışan baş konsulluğun məsul əməkdaşı Behbud Qadalı qeyd edib ki, üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin rəsmi qaydada qəbul edilməsinə start verilib.
Ölkələrimizin dövlət müstəqilliklərinin əldə olunmasında iki xalqın qardaşlıq münasibətlərinin əhəmiyyətli gücə və təsirə malik olduğunu ifadə edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni tarixdə baş verənlərin gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında qeyri-hökumət təşkilatlarının rolundan danışıblar. Vurğulanıb ki, Azərbaycanı və Türkiyəni təmsil edən QHT-lər bir çox mövzularda, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə möhtəşəm tədbirlər təşkil ediblər.
ATXEM-in sədri İlham İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tarixi missiyası, eləcə də Kazım Qarabəkir paşanın rəhbərliyi ilə Naxçıvanın xilası məsələlərindən danışıb. Diqqətə çatdırılıb ki, XX əsrin sonunda ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə əvvəlcə Naxçıvan Muxtar Respublikası işğal təhlükəsindən azad olub. Sonra Ulu Öndərimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunub, dövlətimiz inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilməsi dövlətimizin hərtərəfli təhlükəsizliyini təmin edib.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi uzaqgörən neft strategiyası sayəsində ölkənin işıqlı gələcəyi təmin olundu. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində həyata keçirilən iqtisadi layihələr tarixi əhəmiyyət daşıyır. Hazırda istifadədə olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eyni zamanda, “Star” neftayırma zavodu, həmçinin Bakı-Tbilisi–Qars dəmir yolu xətti, eləcə də XXI əsrin ən nəhəng enerji layihələri sayılan TANAP və TAP təkcə Azərbaycanın yox, böyük bir coğrafiyanın inkişafına təminat yaradır.
Mərasim geniş bədii proqramla davam edib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Nazir: “Cənub Qaz Dəhlizi“nə maraq artır”
20.02.2019
İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün iki milyon ayrılıb
20.02.2019
Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20.02.2019
Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüş
20.02.2019
Prezidentin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info