Bu, həqiqətlə heç bir əlaqəsi olmayan sadə bir etiket deyil. Latın Amerikasında ən böyük kitab mağazalarından biri olan El Ateneo Grand Splendid, dünyanın ən gözəl kitab mağazaları və əlbəttə ki, Cənubi Amerikada ən gözəllərdən biri hesab olunur.
Xatırladaq ki, bu mağaza Argentinanın paytaxtı Buenos Ayresdə yerləşir. Qeyd edək ki, 1920-ci ilə qədər bu binada Teatro Grand Splendid teatrı yerləşib. Dünyanın ünlü sənət ustalarının çıxış etdiyi bu teatrın daimi tamaşaçılarından biri də dövrünün ən gözəl tanqo ifaçılarından olan Carlos Gardel olub. Daha sonra, dəqiq desək, 1991-ci ilə qədər kinoteatr kimi fəaliyyıt göstərən bina elə həmin ilin sonlarından memarlar Pero və Torres Armengolun verdikləri tərtibatdan sonra dünyanın ən böyük kitab mağazalarından birinə çevrilib.
Əli Babayev
|