Azərbaycan Fransaya etiraz notası verib
Tarix: 17.11.2018 | Saat: 16:14:00 | E-mail | Çapa göndər



Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya səfərini şərh edərkən deyib.
O qeyd edib ki, Azərbaycan XİN bununla bağlı konkret və qəti bəyanat yayıb.
L.Abdullayeva bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın qanunsuz rejimin "nümayəndəsi"nin səfərinə və onun müəyyən görüşlər keçirməsinə şərait yaratmasını işğalçı rejimin təşviqinə xidmət edən addım kimi qiymətləndirir:
"Biz hesab edirik ki, Fransanın bu addımı onun obyektivliyini və tərəfsizliyini şübhə altına salır. Bununla əlaqədar olaraq Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib".




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpadan sonra açılışı olub
18.12.2018
Prezident Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
18.12.2018
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
18.12.2018
İlin sonunadək Karbamid zavodunda ammonyak istehsalına başlanacaq
18.12.2018
Atəşkəs rejimi 27 dəfə pozulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info