“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
Tarix: 17.11.2018 | Saat: 22:32:00 | E-mail | Çapa göndər



Hər şeydən əvvəl xatırladaq ki, Belarus Xarici İşlər Nazirliyinin ölkə prezidenti Aleksandr Lukaşenkonun ünvanına Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən səsləndirilən bəyanatın “qəbuledilməz” kimi, dəyərləndirilməsi ermənilərə yaman yer eləyib.

Belə ki, artıq dünəndən başlayaraq, erməni saytları Paşinyana qahmar çıxan yerli siyasətçilərə geniş meydan verib. "Konstitusiyaya əsasən, Ermənistan 2020-ci ilə qədər KTMT-ə sədrlik etmək hüququna malikdir və bu hüquqa tərəfdaşlarımız hörmət edilməlidir". Bu fikirləri “Panorama. am” saytına erməni siyasi şərhçi Ruben Mehrabyan bildirib. Onun fikrincə, Ermənistanda baş verən hadisələrə düşmənçilik nümayiş etdirən Belarus və Qazaxıstan prezidentləri bütün centlmen müqavilələrini, standartları, əxlaqı və ümumiyyətlə hər şeyi pozurlar. Mehrabyan daha sonra deyir: “Bəli, biz hazırkı vəziyyətdə diktatura ilə üz-üzə qalmışıq(?). Onlar ölkəmizdə baş verən hər şeyi öz rejimləri üçün təhlükə hesab edir və Ermənistanı öz yerində oturtmaq üçün mümkün olanı edirlər”.
Maraqlıdır ki, erməni siyasətçiyə daha çox yer eləyən Belarus prezidentinin KTMT -yə üzv olmayan Azərbaycanın ölkəsindəki səfiri ilə “bu mövzu ilə bağlı” müzakrə aparmasıdır.
R. Mehrabyanın sözlərinə görə, Ermənistan nümayəndəsinin bu təşkilatın Baş katibi olub-olmamasından asılı olmayaraq, KTMT öz mahiyyətini dəyişməyəcək, yəni bundan daha yaxşı ola bilməyəcək.
Sayt əməkdaşının, “Ermənistan nümayəndəsi KTMT-yə Baş katibi vəzifəsinə seçilməyəcəyi təqdirdə ölkə rəhbərliyinin hansı addımlar atacaq?”-sualını cavablandıran Mehrabyan ölkəsinin hələ ki, bu təşkilatda qalacağını istisna etmir. Bunula belə, o, “Ermənistanın xarici ölkələrlə əlaqələr qurarkən öz imkanlarını məhdudlaşdıran, öz maraqlarından məhrum olan öhdəliklərdən azad olmasını təmin etməyi” məsləhət görür.
Paşinyanın son addımlarını “müsbət” kimi dəyərləndirən erməni hüquq müdafiəçisi Larisa Alaverdyan da “News.am” saytına danışarkən “KTMT-də Baş katibi vəzifəsinin Ermənistanda qalmalıdır”-deyə bildirib: “KTMT-nin nizamnaməsində təşkilata baş katib seçilən ölkənin üç il ərzində bu postda qalması aydın şəkildə göstərilib. Burada baş katibə hər şey ola bilər. Yuri Xaçaturov başqa səbəblərdən istefa verə bilərdi. Ona görə də, Ermənistan KTMT-dən öz nizamnaməsinin normalarına riayət etməsini tələb etməlidir”
O da maraqlıdır ki, Alaverdyan Paşinyanın Belarus və Qazaxıstan prezidentlərindən belə ton və üslubda aydınlıq “tələb etməsini” təbii hesab edir: “Paşinyan doğru vurğulayıb: əgər siz bizimlə bir təşkilatdasınızsa, o halda, davranış və hərəkətlərinizi göstərmək üçün kifayət qədər xeyirxah olmalısınız. Ona görə də mən Paşinyanın son addımlarını müsbət qiymətləndirirəm”
Xatırladaq ki, Paşinyanın ermənilər tərəfindən “böyük dəyər verdikləri” bəyanatına cavab verən Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz: "Yəqin ki, cənab Paşinyan hələ də qondarma küçə demokratiyasının qaydalarının böyük siyasətdə qəbul edilə bilməzliyini başa düşülməyib. Ona görə də, təəssüflə də olsa, onun bu yolu nə vaxtsa keçəcəyinə ümid edirik”-deyə bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Məsələ benzinin qiyməti deyil, fransızlar Makrondan narazıdırlar”
11.12.2018
«ArmenianReport»: “Zatulin artıq erməni xalqının dostu deyil”
11.12.2018
Seçkilər Paşinyanın tərəfdarları arasında düşmənçilik yaradıb
11.12.2018
Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib
11.12.2018
Məcburi cəcverməyə təhrik edilənlər...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info