“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
Tarix: 19.11.2018 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


"ABC Tədris və İnkişaf mərkəzi" və "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nənə-baba və baldan şirin nəvələr” adlı maraqlı layihəyə start verib. Bu layihənin əsas məqsədi kimsəsiz yaşlı insanları diqqətə saxlayaraq mütəmadi olaraq onları sevindirmək, bu kateqoriyadan olan insanlara qayğı ilə yanaşmaq, dəstək olmaq və onların cəmiyyətdə yenidən əsaslı bir yer tutduqlarını hiss etdirib kimsəsizləri cəmiyyətə adaptasiya etməkdir. Layihənin əsas məqsədlərində biri də gənc nəslə, uşaqlara yaşlılara hörmət, qayğı, sevgi ilə yanaşmağı aşılamaq və gənclərimizi bu istiqamətdə olan nəcib işlərə daha çox cəlb etməkdi.
Layihə çərçivəsində baş tutan ilk görüş Milli Dirçəliş günündə baş tutub.
“ABC Tədris və İnkişaf mərkəzi”nin rəhbəri Leyla Həsənova deyib ki, hazırda cəmiyyətin belə xoməramlı layihələrə daha çox ehtiyacı var: "93 yaşlı Ədilə nənəni ziyarət edib onun dərdlərini dinlədik, yaşlı qadına özümüzlə apardığımız bir neçə uşaq- Ceyran, Nəzrin və Fatimə qulluq etdilər, qayğı göstərərək onunla şən vaxt keçirdilər. Az müddətdə də olsa yaşlı qadını sevindirməyi bacardıq. Bu yaşda olan kimsəsizlərin dəstəyə, qayğıya daha çox ehtiyacı var”. Uzunömürlü Ədilə nənə isə deyib ki, onun üçün belə bir mənzərə xoş olub, uşaqların ona şer oxuması, yoluxması hətta qulluq etməsi onun könüllü xeyli açıb.
Leyla Həsənova qeyd edib ki, bu cür nəcib tədbirləri tez-tez həyata keçirməyi planlaşdırırlar:
"Gözü yol çəkən bu kimsəsiz insana baş çəkib, məhz azyaşlı uşaqları da özümüzlə apararaq digər ailələri, gəncləri belə vacib, nəcib işlər görməyin vacibliyini göstərdik. Biz oradan ayrılanda da qonağı olduğumuz həmin yaşlı insanı əmin etdik ki, onu və onun kimi digər insanlarımızı unutmayacağıq, tez-tez baş çəkəcəyik. Sözlərimiz onu kövrəltsə də dedik ki, “Siz tək deyilsiniz!". Hazırda mərkəzimizdə bu həftənin proqramını hazırlayırıq. Allahın köməkliyi ilə, belə görüşləri hər həftə keçirməyi planlaşdırırıq. Bizdən sonrakı nəslə, bizdən öncəki nəslə olan sevgimizi, qayğımızı göstərmək borcumuzdur!".

Tural




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
İşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info