“Azərbaycan dövləti hər zaman diasporun yanındadır”
Tarix: 19.11.2018 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Amerikada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlərini keçirib. Səfər çərçivəsində daha bir görüş Avrasiya Yəhudilərinə Dəstək üzrə Milli Koalisiyanın rəhbəri Mark Levinlə olub. Görüşdə diaspor təşkilatlarının fəaliyyəti, təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri müzakirə edilib. Dövlət Komitəsi tərəfindən son aylar görülən işlər, Koordinasiya Şuralarının formalaşması, yəhudi diasporu və digər təşkilatlarla əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda yəhudi icmasının vəziyyəti, Azərbaycan-İsrail münasibətləri barədə danışan tərəflər gənclərlə bağlı həyata keçirilən layihələrdən də söhbət açıb. Sonda tərəflər əməkdaşlıq barədə müəyyən razılığa gəliib.
Vaşinqtonda növbəti görüş Türkiyə-Amerika Təşkilat Komitəsinin (TASC- Turkish-American Steering Committee) həmsədri Günay Evinç və Komitə üzvləri ilə keçirilib. Görüşdə Türk və Azərbaycan diasporları arasında əməkdaşlıq müzakirə edilib, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı vurğulanıb. Memoranduma əsaslanaraq gələcəkdə əməkdaşlığı daha da dərinləşdirmək, vahid strategiya üzrə fəaliyyət göstərmək, xüsusilə Vaşinqton kimi dünyanın siyasi mərkəzləri olan şəhərlərdə birgə fəaliyyətin zəruriliyi vurğulanıb. Qərara alınıb ki, Türk və Azərbaycan diasporlarının fəaliyyəti təhlil edilsin, problemlər müəyyənləşdirilsin və vahid strategiya hazırlansın.
Nümayəndə heyəti Vaşinqtonda daha bir görüşü Amerika Yəhudi Komitəsinin icraçı direktorunun siyasət məsələləri üzrə müavini Jason İsaacson ilə keçirib. Görüşdə Azərbaycan-İsrail münasibətlərindən söhbət açılıb, Azərbaycanda yəhudi icmasının və İsraildə Azərbaycan icmasının vəziyyəti müzakirə edilib, əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Gələcəkdə Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətində daha geniş yayılımasına Amerika Yəhudi Komitəsi tərəfindən dəstək göstərilməsi istiqamətində əməkdaşlığa dair razılığa gəlinib.
Günün ikinci yarısında isə, nümayəndə heyəti Corc Vaşinqton Universiteti nəzdində Tekstil muzeyində təşkil edilən “Azərbaycan Mədəniyyət Günü”nə qatılıb. Muzeydə ölkəmizin mədəni dəyərlərini özündə əks etdirən sərgi təşkil edilib, Azərbaycan mədəniyyətinə aid nümunələr təqdim olunub. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Səfirin açılış nitqindən sonra çıxış edən Komitə sədri soydaşlarımızı salamlayaraq ölkəmiz haqqında, son illər Azərbaycanda əldə edilən inkişaf dinamikası barədə məlumat verib və tədbirin əhəmiyyətindən danışıb. Belə tədbirlərin milli-mədəni irsin yaşadılması və təbliği baxımından zəruri olduğunu bildirib. Komitə sədri Azərbaycan həqiqətlərinin yayılması, milli-mədəni irsimizin qorunması və təbliğində gənclərin üzərinə düşən vəzifələri qeyd edib. Tədbir kiçik yaşlı soydaşlarımızın rəqslərindən ibarət bədii proqramla davam edib.
Tədbirdən sonra Azərbaycan Mədəniyyət Mərkəzində icma nümayəndələri ilə görüş keçirilib. Görüşdə soydaşlarımız, diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də digər dost xalqların diaspor nümayəndələri iştirak edib. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş edilib. Komitə sədri diaspor sahəsində görülən işlər barədə məlumat verərək, qarşıya qoyulan hədəflərdən söhbət açıb, birliyin, birgə fəaliyyətin zəruri olduğunu bildirib. Soydaşlarımızın, diaspor təşkilatlarının fikirləri və problemləri dinlənilib. Komitə sədri vurğulayıb ki, Azərbaycan dövləti hər zaman diasporun, soydaşlarımızın yanındadır. Xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı hər zaman prioritet məsələdir. Görüşdə ABŞ-da yaşayan soydaşlarımızla Dövlət Komitəsi arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində də müzakirələr aparılıb. Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23.05.2019
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info