Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
Tarix: 19.11.2018 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Almaniyada Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin növbəti elmi konfansı keçirilib. “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusuna həsr olunmuş konfans Kotbus şəhərində yerləşən Brandenburq Texniki Universitetində baş tutub. Konfransda Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri, professor Yaşar Musayev, andlı tərcüməçi Qurban Ələkbərov, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin üzvləri, Almaniyanın aparıcı universitetlərində tədqiqatlar aparan azərbaycanlı doktorantlar, xarici tələbələr və elm adamları iştirak edib.
Birliyin İdarə Heyətinin üzvü Mehrin Nəzirova qonaqları Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə təbrik edərək, Azərbaycan xalqının apardığı azadlıq mücadiləsindən danışıb, bununla bağlı foto və videomateriallar təqdim edib. Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin sədri Seymur İbrahimov isə təşkilatın 11 illik fəaliyyətindən bəhs edərək bu illər ərzində görülən işlər barədə hesabat verib.
Müxtəlif mövzularda çıxışların dinlənildiyi konfrans ingilis və alman dillərində təşkil edilib.
Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyi ölkəmizin tarixi və mədəniyyəti, habelə Qarabağ həqiqətləri barədə kitablar və informativ materiallarla konfransın işinə dəstək göstərib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info