“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
Tarix: 19.11.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


«Erməni inqilabı Avrasiya inteqrasiya layihələrində nəzərə çarpmadan keçə bilməyəcəkdi. Çünki Nikol Paşinyan Ermənistanın xarici siyasət vektorunun dəyişməyəcəyini bəyan etməsə də, ölkəmizdəki tarixi hadisənin avtoritar rejimlərə qarşı düşmən olması, təbii ki, qarşı tərəfdən elə də yaxşı qarşılanmayıb. Biz bunun bariz nümunəsini Lukaşenkonun şəxsində müşahidə etməkdəyik. O da bəzi həmfikirləri kimi, İrəvanda qurulan «mütərəqqi bir model»ə qarşı çıxır». Bu fikirlər ermənilərin «1in.am» saytındandır.
Maraqlıdır ki, KTMT-də baş katiblik məsələsinin kompromis yolla həll ediləcəyini bildirən sayt İrəvanın hələ də ümidli olduğunu gizlətmir: «Çünki Rusiya üçün bu xaosu sabitləşdirmək sərfəli deyil və əks halda, bu, Moskvanın zəifliyi kimi qəbul edilə bilər. Digər tərəfdən isə bu böhran KTMT-nin süniliyini, bu strukturda vahid siyasi gündəmin olmamasını ortaya qoya bilər. Bundan əlavə, Moskvada rasional inteqrasiya layihələrini dəstəkləmək üçün yaradıcı siyasət, texnoloji resurslar yoxdur , digərləri isə inteqrasiya motivasiyasından məhrumdurlar».
Maraqlıdır ki, KTMT-yə üzv dövlət başçılarının Azərbaycana olan münasibətinə qıcıqla yanaşan erməni saytı, “Bakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində baş verən böhrandan yararlananlardan biridir», - deyə bildirir. Sayt daha sonra yazır: «Bu gün erməni-belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir. Lakin, buna baxmayaraq, KTMT çərçivəsində yaşanan böhranı aradan qaldırmayan və bunu mövcud status-kvo kimi qəbul edən Moskva dolayısı ilə öz mövqeyini ortaya qoymuş olur. Bunu KTMT baş katibi vəzifəsini icra edən Valery Semeriyakov bir neçə gün əvvəl dedikləri də sübut edir. Belə ki o, qalan il yarım üçün Ermənistan nümayəndəsinin təşkilat rəhbərliyinə təyin etmək imkanı üzv ölkələrin atacağı addımın effektivliyi ilə bağlı suallar yaradıb. Buna baxmayaraq, Semeriyakov Kollektiv Təhlükəsizlik Şurasının bu məsələni konstruktiv şəkildə nəzərdən keçirəcəyini bildirib. Onun sözlərinə görə, hazırda KTMT daxilindəki «qarşıdurmalara» baxmayaraq, hələ də «uzlaşan həllər üçün bir pəncərə» istisna deyil».
Bu arada Rusiyanın aparıcı hərbi analitiklərindən olan Vladimir Evseev «Radio Azatutyun»a verdiyi açıqlamada «İnanıram ki, bütün tərəflərin razılaşacağı bir qərar veriləcək, yəni bir razılıq olacaq və ölkənin heç biri öz hüquqlarına zidd davranmayacaq. Amma bu mərhələdə Ermənistan nümayəndəsinin təyin olunacağına inanmıram»,- deyə bildirib.
Belə görünür ki, baş katiblikdə israrlı olan Ermənistan tərəfi müxtəlif dövlətlər səviyyəsində öz mövqeyini davam etdirir. Məsələn, ötən şənbə Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan Novosibirskdə olarkən jurnalistlərə verdiyi açıqlamada «Ermənistan KTMT-yə sədrlik etməyə hazırdır və dekabrın 6-na təyin ediləcək təşkilatın fövqəladə sammitində öz namizədini təqdim edəcək», - deyə bildirib. Belə görünür ki, Ermənistanın bu təşkilatdakı sədrliyini davam etdirəcəyini iddia edən Vardan Toganyan da bu məsələdə ümidlidir. Əslində, bu başadüşüləndir. Aydındır ki, Nikol Paşinyanın komandası üçün bu problem yalnız xarici siyasət deyil, həm də böyük daxili əhəmiyyətə malikdir. Çünki KTMT-nin növbəti sammiti Ermənistanda keçiriləcək erkən parlament seçkilərindən bir neçə gün əvvəl baş tutacaq. Digər tərəfdən, mövcud kontekst, şübhəsiz ki, uzlaşma üçün yer ayırmır: çünki bir tərəfdən İrəvan, digər tərəfdən isə Minsk və Astana bir-birinin təkliflərini blok edəcək. Bu halda isə Moskvanın heç bir tərəfi dəstəkləməyəcəyi, sadəcə olaraq, Semerikovun namizədliyinə önəm verəcəyi göz önündədir.
Erməni saytının yazdığına görə, bu KTMT-də mövcud böhranın müvəqqəti həlli kimi dəyərləndirilsə də, əsl böhranı aradan qaldırmayacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Türkiyə HHQ İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirib
19.05.2019
Bu gün Gürcüstanda aralıq seçkiləri keçirilir
18.05.2019
Türkiyəyə aid “Burgazada” korveti Yunan gəmisinin hücumuna məruz qalıb
18.05.2019
İrəvanla Xankəndi arasında ziddiyyət artır: “Onlar Köçəryanı niyə müdafiə edirlər”
18.05.2019
Türkiyədə PKK terrorçuları polislərə hücum ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info