Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
Tarix: 19.11.2018 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Ermənistanda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir. Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, “Yeni Ermənistan, yeni patriarx” devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını deyirlər. Aksiya iştirakçılarının iddialarına görə, o agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx “məxməri” inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunur. Deputatlar da II Qareginə qarşı çıxırlar. Parlamentin son iclasında katolikosun mühafizəsi haqqında qanun layihəsi qəbul olunmayıb. Sənədi Respublikaçılar Partiyası təqdim edib. Qanun layihəsi parlamentdə qızğın mübahisələrə səbəb olub.
Partiyanın sədr müavini Eduard Şarmazanov və bir neçə deputat iclas zalını tərk edib. Sənədin qəbul olunmamasında onlar Nikol Paşinyanın “Çıxış” fraksiyası və tərəfdarlarını qınayıblar. “Çıxış” fraksiyasından isə bildiriblər ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi öz problemidir. Bu barədə o, özü düşünməlidir. Deputat Alen Simonyanın sözlərinə görə, Ermənistan büdcəsi ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılmasına imkan vermir.

Respublikaçı Marqarit Esayan isə baş naziri də mühafizə xidməti üçün xərclərdən imtina etməyə çağırıb. Bu arada, Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib. Kasasiya Məhkəməsi Kazaryanın həbsi barədə prokurorluğun şikayətini təmin edib. Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur. Kazaryanın evində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 milyon dram, 1 milyon 110 min dollar, 230 min 500 avro nağd pul tapılıb. Bank hesabında isə Kazaryanın 436 milyon dram vəsait saxladığı aşkarlanıb. Nəticədə Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini həbs edilsə də, iyulun sonlarında 2 milyon ABŞ dolları girov müqabilində azadlığa buraxılıb.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
İsrail parlamenti Ermənistanın tibb universitetlərinin saxta diplomları ilə bağlı həyəcan təbili çalıb
18.12.2018
Erməni baş leytenant xidmət yoldaşını güllələdi
18.12.2018
Ermənistanda qiymətlər artır, əməkhaqqı isə azalır
17.12.2018
Gürcüstan müxalifəti yeni aksiyalara başlayır
17.12.2018
«Qraparak»:”Ermənistanın Rusiya ilə münasibətləri gündən-günə kəskinləşir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info