Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
Tarix: 19.11.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


İstanbulda Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) dəniz hissəsinin tikintisinin yekunlaşması ilə əlaqədar mərasim keçirilir. Anadolu Agentliyi xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edir. Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil etdiyi mərasimə müxtəlif ölkələrdən rəhbər şəxslər də qatılıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib ki, ildə 31,5 milyard kubmetr təbii qazı nəql etmək gücündə olan boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Qoşa xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. 2019-cu ildə Rusiya qazının Türkiyəyə nəqli planlaşdırılır. Boru kəməri Türkiyədə 15 milyon insanın təbii qaza olan tələbatını ödəyəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, “Türk axını” nəinki Türkiyənin, eləcə də region üçün əhəmiyyətli layihədir: “Rusiya Türkiyənin mühüm enerji tərəfdaşıdır. Türkiyə 1987-ci ildən indiyədək Rusiyadan 387 milyard kubmetr təbii qaz alıb. Hazırda İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində təbii qaz qəbulu terminalının inşası davam edir”. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, bu gün “Türk axını”nın mühüm hissəsi tamamlanıb. Qoşa xətt üzrə Qara dənizdən keçməklə 1800 kilometrdən çox boru kəməri döşənib. Layihə beynəlxalq standartlara uyğun icra edilir və ətraf mühitə təsiri minimumdur: “Hazırda Rusiya qazı “Mavi axın” boru kəməri ilə Türkiyəyə nəql edilir. “Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir
20.05.2019
Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib
20.05.2019
Ukraynanın Baş naziri istefa verib
20.05.2019
Parisdə yollar bağlandı - Taksi və təcili yardım sürücüləri tətil edir
20.05.2019
Çində gecə klubunun çökməsi nəticəsində 2 nəfər ölüb, 77 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info