Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
Tarix: 19.11.2018 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Pyer Emmanuel Toman: “Fransa və Almaniyanın fərqli geosiyasi maraqları var. Paris üçün əsas narahatlıq cənub cəbhəsində olan dini radikalizmdir. Şərq cəbhəsi ikinci dərəcəlidir. Almaniya üçün isə əksinə, əsas məsələ şərq cəbhəsidir”


Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Avropanın gələcəkdə söz sahibi ola bilməsi müstəqilliyini daha da gücləndirilməsindən asılıdır. O, Almaniya Federal Məclisində təşkil edilən mərasimdə etdiyi çıxışında deyib ki, Avropa, o cümlədən Almaniya və Fransa dünyada xaosun hökm sürməsinə icazə verməməlidir: “Avropa daha güclü və daha müstəqil olmalıdır. Özünü müdafiə etmək və təhlükəsizliyi üçün daha ciddi tədbirlər görməlidir. Avropanın suverenliyinə zərurət var. Almaniya, yeni bir irqçilik cərəyanı qarşısında Avropanın müqavimət gücünün artması uğrunda lazımi işləri görməlidir. İqlim dəyişikliyi, ticari münaqişələr və digər problemlər qarşısında güclü əməkdaşlıq etməliyik”. Qeyd edək ki, Makron tərəfindən irəli sürülən Avropa ordusu Ağ Evin müqavimətinə rəğmən gündəmdən düşmür. Əksər Avropa ölkələri ABŞ-ın əsas söz sahibi olduğu NATO tərkibində əməliyyatlarda iştirak etsələr də, Fransa və Almaniya ayrıca Avropa ordusunun yaradılmasında maraqlıdır. Məqsəd ABŞ-ın Avropa ölkələri üzərində hərbi təsirini azaltmaqla yanaşı, Avropa ölkələri arasında gələcəkdə hərbi qarşıdurmaları önləmək və müxtəlif ölkələrin hərbi təchizatını vahid sistem halına gətirməkdir. Vahid Avropa ordusunun necə qurulmalı olması sualı hələ də cavablandırılmamış qalır. Təhlükəsizlik siyasəti üzrə ekspert Markus Kaym Avstriya mediasına verdiyi müsahibədə bildirib ki, belə bir ordunun yaradılmasında məqsədlərdən biri ittifaq və ölkələrin müdafiəsini təmin etməkdir. Bu istiqamət isə onsuz da bu fəaliyyəti həyata keçirən NATO-nun funksiyalarının dublikatına çevrilə və izafi xərclərə səbəb olan yeni qurumların yaranmasına aparıb çıxara bilər. İkinci və daha məqsədyönlü istiqamət isə Avropa ölkələri arasında və Avropa ilə qonşu regionlarda böhran menecmentinin həyata keçirilməsi ola bilər. Avropa Komissiyası vahid ordu ilə Avropa ölkələri arasında sülh və əmin-amanlığın təmin edilməsi və eləcə də müxtəlif ölkələrdə hərbi xərclərlə bağlı maliyyə vəsaitlərinə qənaət ediləcəyi qənaətindədir. Belə ki, hazırda Avropa ölkələrində 178 fərqli silah sistemlərindən istifadə edilir, ABŞ-da isə silah sistemlərinin sayı 30-a bərabərdir. Avropa dövlətləri 30 müxtəlif tank tipindən istifadə etdiyi halda, ABŞ ordusunda yalnız bir tip mövcuddur. Avropa ölkələri arasında Birgə Müdafiə Birliyi barədə ilk fikirlər İkinci Dünya müharibəsindən sonra səsləndirilsə də, hazırkı formatda təqdim olunan ordu təklifinin yaşı iyirmi ildən çoxdur. Avropa Təhlükəsizlik və Müdafiə İttifaqı və ya Avropa ordusu adı daşıyan sistemə qarşı etimadsız yanaşanlar da kifayət qədərdir, çünki bir sıra ölkələr öz milli müdafiə strukturunu Brüsselə həvalə etməyi və tam şəkildə mərkəzdən asılı olmağı istəmirlər. Üzv ölkələrdə getdikcə güclənən sağçı-populist siyasətçilər də əhalinin Brüsselə qarşı soyuq münasibətinə öz töhfələrini verirlər. Eləcə də Avstriya kimi əbədi neytrallıq elan etmiş və heç bir bloklara qoşulmayan ölkələrin də yeni vahid orduda iştirakı məsələsi hüquqi suallar doğurur. “Eurocontinent” geosiyasi araşdırmalar mərkəzinin rəhbəri Pyer Emmanuel Toman bildirib ki, vahid Avropa ordusunun yaradılması ideyası utopiyadır. Ekspert hesab edir ki, Avropa dövlətləri heç vaxt vahid və inteqrə edilmiş komandanlıqla bağlı razılıq əldə edə bilməzlər: “Fransa nüvə silahına sahibdir, Almaniya isə yox. Fransa Almaniyadan fərqli olaraq BMT Təhlükəsizlik Şurasının üzvüdür”. Onun fikrincə, Fransa və Almaniyanın fərqli geosiyasi maraqları var: “Fransa Aralıq dənizi, Yaxın Şərq və Afrikada sərbəst fəaliyyətdə maraqlıdır. Bunun üçün təhlükəsizlik baxımından Avropa dövlətlərinin dəstəyi lazımdır. Paris üçün əsas narahatlıq cənub cəbhəsində olan dini radikalizmdir. Şərq cəbhəsi ikinci dərəcəlidir. Almaniya üçün isə əksinə əsas məsələ şərq cəbhəsidir”. Ekspert bildirir ki, Almaniya daha çox üstünlüyü NATO-ya verdiyindən Makronun təklifinə ehtiyatlı yanaşır. Dünən Avropa İttifaqına üzv ölkələrin rəsmiləri Brüsseldə bir araya gəliblər. Məqsəd müdafiə və təhlükəsizlik sahəsində daimi strukturlaşma proqramı çərçivəsində vahid kəşfiyyat məktəbinin yaradılmasıdır. Avropa İttifaqı özünün müstəqil və etibarlı kəşfiyyat məlumatlarına sahib olmaq istəyir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?
14.02.2019
“Ermənilər gələcəyə olan inamlarını itirməyə başlayıblar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info