Dünya Səhiyyə Təşkilatı: Malyariya epidemiyası hər iki dəqiqədə bir körpənin həyatına son qoyur
Tarix: 20.11.2018 | Saat: 01:24:00 | E-mail | Çapa göndər



Dünya Səhiyyə Təşkilatının noyabrın 19-da yaydığı məlumatda son illərdə müxtəlif ölkələrdə malyariyanın ciddi təhlükə yaratdığı qeyd edilir.

AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq qurumun statistikasına görə, xəstəlik dünyada hər iki dəqiqədə bir körpənin ölümünə səbəb olur. Hesabatda göstərilir ki, 2017-ci ildə dünyada malyariyaya yoluxma statistikasına 2 milyon hal əlavə olunub və ümumilikdə 219 milyon yoluxma halı qeydə alınıb. Yoluxmaların təxminən 90 faizi Afrika qitəsində baş verib və ötən il 451 min insan bu xəstəliyin qurbanı olub. 2016-cı ildə isə epidemiyadan ölənlərin sayı nisbətən az – 435 min nəfər olub. Epidemiyadan ölənlərin böyük hissəsi (266 min nəfər) beş yaşadək uşaqlardan ibarətdir ki, bu da təşkilat üçün acınacaqlı vəziyyət hesab olunur. Hesabatda qeyd edilir ki, əslində dəf edilməsi mümkün ola bilən xəstəlikdən hər iki dəqiqədə bir körpənin dünyasını dəyişməsi qəbuledilməz haldır.
Dünya Səhiyyə Təşkilatı 2010-2015-ci illərdə Afrikada malyariyaya qarşı mübarizədə uğurlar əldə etsə də, 2016-cı ildən başlayaraq yoluxma hallarının sayı artıb. Əsas problemli ölkələr Nigeriya, Mozambik və Konqodur.
Təşkilat dünya ölkələrini malyariyaya qarşı peyvəndvurma tədbirlərini gücləndirməyə, yoxsul ölkə və regionlara maliyyə dəstəyini artırmağa, eləcə də əhali arasında bu xəstəliklə bağlı maarifləndirmə işi aparmağa və profilaktik tədbirlər görməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Öskürək və bronxit zamanı effektii vasitə
15.02.2019
Xərçəngdən qorunmaq istəyənlər buğda cücərtisi yesinlər
14.02.2019
Firudinin sağalması üçün yardım edək!
12.02.2019
Damarları qoruyan qarışıq - tərxun + limon
10.02.2019
Soyuqdəymənin qarşısını alan qədim hind masala çayı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info