Aİİ-nin müəllimi beynəlxalq konfransda ölkəmizi təmsil edib
Tarix: 20.11.2018 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfransda ölkəmizi Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov təmsil edib. İngiltərə, Amerika, Almanya, İran, İraq və digər ölkələrin qabaqcıl universitetlərinin alimlərinin iştirakı ilə təşkil olunan konfransda elm tarixi, fəlsəfə, linqvistika, din, əxlaq, ədəbiyyat, sənət və incəsənət kimi sahələr geniş elmi müzakirə obyektinə çevrilib.
Konfransda dosent Anar Qafarov “İctimai şüurun formalaşmasında din və İslam fəlsəfəsinin yeri” mövzusunda məruzə ilə çıxış edib. A. Qafarov lokal və qlobal dəyərlərin mənimsənilməsi və müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyətlər arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından, qloballaşma hadisəsini müsbət amil kimi dəyərləndirib. Məruzəçi bu proseslə dil, irq, etiqad, mədəniyyət, məzhəb, təriqət və iqtisadi cəhətdən ortaya çıxan müxtəlifliyin ictimai vəhdət zəminində həll olunmasının bəzi problemlər yaratdığını qeyd edib. Dünyada mədəni müxtəliflik, demokratiya, insan hüquqları və azadlıqları mövzusunda keçirilən bir çox siyasi müzakirələrə baxmayaraq, hazırda bəşəriyyət şiddət, zülm, ədalətsizlik, hüquqi bərabərsizlik nümayiş etdirən mənfi təzahürlər və müxtəlif münasibət formaları ilə çalxalanır.
Anar Qafarov sosial-mədəni və mənəvi mədəniyyəti tarix boyu özündə əks etdirən Azərbaycanın birgəyaşayış ənənəsi və ictimai dəyərlərindən nümunələr gətirib. Alimin məruzəsi tədbir iştirakçıları və alimlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Anar Qafarov bir çox beynəlxalq konfransda, Amerika və Türkiyənin müxtəlif universitetlərində təşkil olunan seminarlarda İslam fəlsəfəsi və İslam mədəniyyəti çərçivəsində dəfələrlə silsilə şəkildə məruzələrlə çıxış edib, ölkə daxilində və xaricində mühüm elmi və sosial layihələr həyata keçirib. Alim çoxsaylı kitab və məqalələrin elmi redaktoru, tərcüməçisi, müəllifi və həmmüəllifidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti İsgəndəriyyə Kitabxanasında olub
20.02.2019
UNEC tələbələrinin məqaləsi SCOPUS-da
20.02.2019
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər
20.02.2019
Azərbaycanlı tələbələr Moskvada layihələr təqdim edəcəklər
20.02.2019
Aİİ rektoru tələbələrlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info