“Əbədi ezamiyyət” sənədli filmi Koreya Parlamentində nümayiş etdirilib
Tarix: 20.11.2018 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Koreya Respublikasının Parlamentində nümayiş etdirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Koreyadakı Səfirliyi və Koreya Parlamentindəki Koreya-Azərbaycan Dostluq Qrupunun birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş seminar və fotosərgi çərçivəsində “Əbədi ezamiyyət” sənədli filmi Koreya Parlamentinin inzibati binasının seminar zalında nümayiş etdirilib.
Tədbirdə Koreya Parlamentinin üzvləri və onların köməkçiləri, Koreyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Koreya ali təhsil ocaqlarının müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov tədbiri açıq elan edərək, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həmin dövrdə üzləşdiyi çətinliklər, qısa müddət ərzində varlığını qorumasına baxmayaraq ictimai-siyasi sahədə həyata keçirilmiş mühüm islahatlar barədə geniş məlumat verib.
O, tədbirdə nümayiş olunacaq “Əbədi ezamiyyət” sənədli filmi barədə qısa məlumat verərək, Paris Sülh Konfransına yollanan Azərbaycan nümayəndə heyətinin üzləşdikləri çətinliklərə və çoxsaylı fədakarlıqlara baxmayaraq AXC-nin beynəlxalq miqyasda tanınmasına nail olmaları barədə danışıldığını bildirib.
Səfir çıxışında həmçinin AXC-nin qısa müddət ərzində süquta uğradılmasına baxmayaraq, azadlıq və müstəqillik arzusunun Azərbaycan xalqının qəlbində daim yaşadığını vurğulayıb. O, 20-ci əsrin sonlarında bir çox çətinliklərlə, o cümlədən qonşu Ermənistanın işğalçılıq siyasəti və ərazilərinin 20 faizdən artığının işğalı ilə üzləşməsinə baxmayaraq Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini qeyd edib.
Səfir R.Teymurov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli inkişaf strategiyası nəticəsində müasir Azərbaycan dövlətinin öz müstəqilliyini qoruyub saxladığını və daha da gücləndiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış etmiş Koreya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Li Myonq Su və Koreya Parlamentinin üzvü Na Kyunq Va Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə Koreya Parlamentində bu cür mühüm tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib, müasir Azərbaycan dövlətinin inkişafı, o cümlədən əldə edilmiş nailiyyətlər barədə danışıb, Azərbaycan-Koreya əlaqələrinin inkişafı perspektivlərinə dair fikirlərini bölüşüblər.
Tədbirdə məruzəçilər qismində iştirak etmiş Koreyanın Azərbaycandakı ilk səfiri olmuş Li Kvanq Çul və Hankuk Universiteti nəzdində fəaliyyət göstərən Türk-Azərbaycan tədqiqatları fakültəsinin dekanı Oh Çonq Cin təqdimatla çıxış edərək, AXC-nin tarixi, müstəqil Azərbaycan dövlətinin yaranması və əldə etdiyi nailiyyətlər, Azərbaycan və Koreyalıları birləşdirən tarixi və mədəni oxşarlıqlar barədə məlumat veriblər.
Tədbirin yekununda “Əbədi ezamiyyət” sənədli filmi seminar zalında quraşdırılmış geniş ekranda nümayiş etdirilib və film tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Koreya Parlamentinin əsas binasının dəhlizində keçirilmiş foto sərgidə isə Azərbaycan Xalq Cümhuriyyətinə aid, o cümlədən Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlər nəticəsində dəyişən müasir simasını əks etdirən fotolar və geniş ölçülü tele-ekranda “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Özbəkistanın əlyazmalar fondunda Nəsiminin əsərlərindən ibarət əlyazmalar müəyyən edilib
23.05.2019
“O olmasın, bu olsun”60-cı dəfə nümayiş olunacaq
23.05.2019
Azərbaycanlı musiqiçilər Estoniyada konsert proqramı ilə çıxış ediblər
23.05.2019
Gəncə Dövlət Dram Teatrı Ukraynada Beynəlxalq Teatr Festivalında iştirak edir
23.05.2019
“Kids Fashion Design” dəb nümayişi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info