Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
Tarix: 20.11.2018 | Saat: 13:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) və “Caspian European Club” 2018-ci il dekabrın 6-da birgə biznes forum təşkil edəcək.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, biznes foruma DGK-nın sədri Səfər Mehdiyev sədrlik edəcək.
Görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişinə, “Caspian European Club”un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş məsələlərin və təkliflərin müzakirəsi nəticəsində irəli sürülmüş təşəbbüs əsasında təşkil olunur.
Biznes forumda “Caspian European Club”un şirkət rəhbərlərinin gömrük fəaliyyəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Biznes-forum çərçivəsində, həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.
“Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Gömrük Komitəsi və şəxsən Səfər Mehdiyev biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev söyləyib.
Biznes forumda “http://caspianenergy.org/index.php/az/registration/item/358-business-forum-06-12-2018” linki üzrə “Caspian European Club”un saytında qeydiyyatdan keçmiş şirkətlər iştirak edəcəklər.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində yeni dövr başlayacaq”
11.12.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2018
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb
11.12.2018
Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
11.12.2018
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info