UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır
Tarix: 20.11.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


UNEC ilə “Absheron Hotel Group” arasında əməkdaşlıq istiqamətində tədbir keçirilib. UNEC-də keçirilən görüşdə “Absheron Hotel Group”un direktoru Georg Kobosun rəhbərliyi etdiyi nümayəndə heyəti iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov çıxışı zamanı universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib. Bildirilib ki, UNEC-də real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. Rektor turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında bu əməkdaşlığın faydalı olacağını bildirib.
“Absheron Hotel Group” direktoru Georg Kobos UNEC ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd edib. Real sektorun nümayəndəsi kimi təhsil sahəsinə dəstək göstərməkdən məmnunluğunu ifadə edən G.Kobos, hazırda turizm sektorunun bir çox istiqamətləri üzrə kadrlara ehtiyac duyulduğunu ifadə edib. O, həmçinin bildirib ki, dünyanın dinamik inkişaf edən turizm və otelçilik sahəsində əməkdaşlığın qurulması universitet tələbə və məzunlarının məşğulluğu üçün geniş imkanlar yaradacaq.
Tədbirdə “Absheron Hotel Group” haqqında təqdimat nümayiş etdirilib.
Sonra UNEC rektoru, professor Ədalət Muradov ilə “Absheron Hotel Group”un direktoru Georg Kobos arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumun əsas məqsədi Azərbaycanın daim artan turizm potensialına insan resursları istiqamətində töhfə qazandırmaq, birgə fəaliyyət sayəsində peşəkar mütəxəssislərin hazırlanmasını həyata keçirməkdir.
Əməkdaşlıq çərçivəsində turizm və otelçilik ixtisası üzrə tədrisin müasir bazar şərtlərinə uyğunlaşdırılması, tələbələrin real iş mühiti ilə tanış olması, turistlərlə münasibətlərin qurulmasında praktiki bilik və bacarıqların qazanılmasına dəstək göstəriləcək. Turizm və otelçilik sənayesinin çoxşaxəliliyini nəzərə alaraq, tələbələrin karyera planlamalarında müvafiq mentorluq məsləhəti veriləcək.
Əməkdaşlığın digər istiqaməti isə tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübənin təşkilinə dəstək göstərməkdir. Bu məqsədlə UNEC-in tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə qatılmaqla praktiki biliklərini artırmış olacaqdır. Həmçinin, UNEC-in Zaqatala filialında turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin şirkətin regional otellərində təcrübəyə və işə cəlb edilməsinə şərait yaradılacaqdır. O cümlədən, il boyu turizm sahəsində çalışan ekspertlərlə professor-müəllim heyəti və tələbələrlə görüşlər, master-klasslar təşkil ediləcək.
Bundan əlavə, UNEC-də təşkil edilən beynəlxalq konfranslara xarici ölkələrdən dəvət olunan nümayəndələrin qonaqlanması da şirkət tərəfindən təmin olunacaq.
UNEC-in Zaqatala filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti əməkdaşlıq görüşünü video bağlantı ilə canlı izləyib.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Bakı Ali Neft Məktəbi SOCAR - Foster Wheeler ilə əməkdaşlığı genişləndirir
18.12.2018
İlahiyyat İnstitutunda “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib
17.12.2018
Odlar Yurdu Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı olub
17.12.2018
Türkiyənin Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
17.12.2018
BP-nin vitse prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info