AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
Tarix: 20.11.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyinə həsr olunan elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamını xatırladan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bununla bağlı ölkəmizdə və akademiyada silsilə yubiley tədbirlərinin keçirildiyini söyləyib. Ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasının Cümhuriyyət tarixinin öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, AXC yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.
Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra AXC-nin tarixinin araşdırılmasına xüsusi diqqət yetirib. Alim Ulu Öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müvafiq sərəncamlarının AXC-yə dövlət tərəfindən verilən yüksək qiymətin göstəricisi olduğunu və elmi ictimaiyyətin qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. Natiq AXC-nin 100 illiyinin qeyd olunmasının ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə xidmət göstərdiyini vurğulayıb. Bildirib ki, cəmi 23 ay mövcud olmuş AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
İ.Həbibbəyli AXC dövründə baş verən proseslərdən, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahatlardan və quruculuq işlərindən danışıb. Diqqətə çatdırılıb ki, AXC tarixinin daha dərindən öyrənilməsi istiqamətində AMEA-nın müxtəlif institutlarında dəyərli tədqiqat və maarifləndirmə işləri aparılır, kompleks layihələr həyata keçirilir və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.
Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Prezident İlham Əliyevin AXC ilə bağlı imzaladığı müvafiq sərəncamlarını tariximizə, milli-mənəvi irsimizə böyük qayğının təzahürü kimi dəyərləndirib. Akademik bildirib ki, Cümhuriyyət dövründə ölkədə teatr və kitabxanalar yaradılıb, ana dilində mətbuat orqanları açılıb, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. AXC-nin müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman incəsənət xadimlərinin yaradıcılığında özünəməxsus yer tutub.
Elmi sessiyada Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya elmləri doktoru Şəfəq Əlibəyli “Cümhuriyyət dövründə Azərbaycanın maarifçi qadınları”, Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilov “Azərbaycan Cümhuriyyətinin istiqlal konsepti”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfura Quliyeva “İstiqlalımızın 100 ili poeziyada”, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva “Cümhuriyyətin baş memarı Zivərbəy Əhmədbəyov” mövzularında məruzələrlə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
İyunun 1-də uşaqlar üçün musiqili-tamaşa təqdim olunacaq
19.05.2019
Vəkillər Kollegiyasının sədri IX Beynəlxalq Hüquq Forumunda iştirak edib
18.05.2019
Daşkənddə “ASAN xidmət”in fəaliyyəti haqqında məlumat verilib
17.05.2019
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
17.05.2019
Binəqədidə sakinlərin problemləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info