“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
Tarix: 20.11.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Cümhuriyyət 100 il” adlı vətənpərvərlik mövzusunda rəsm müsabiqəsinə yekun vurulub. 2018-ci il sentyabr ayının 20-dən noyabr ayının 5-dək davam edən müsabiqədə respublikamızın bütün bölgələrini təmsil edən orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Müsabiqəyə göndərilmiş rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, 500-dən artıq rəsm arasından 100 ədədi seçilərək sərgiyə buraxılıb və seçilmiş mövzuya uyğun ən yaxşıları qalib elan edilib. Sərginin açılışı və qaliblərin təltif olunması Nizami Kino Mərkəzində keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general - leytenant Arzu Rəhimov, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Prezident yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xalq rəssamı Arif Hüseynov, jurnalist və xeyriyyəçi Hacı Nuran, “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İB sədri Mehdi Mehdiyev, “Respublika Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Hərbi diktor Şəmistan Əlizamanlı və başqaları iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə məktəblilərin sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar. Sərgiyə təqdim olunan əsərlər barəsində məlumat verilərək, bildirilib ki, gənc rəssamların hər bir işi özünəməxsusluğu ilə fərqlənir. Əsərlərin məzmun baxımından düzgün seçildiyini, məktəblilərin Vətənə, Silahlı Qüvvələrimizə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti qurucularına olan məhəbbətinin hər bir işdə ifadə olunduğu vurğulanıb. Sərginin tərtibatı, nümayiş olunan rəsmlər qonaqlarda xoş təəssürat yaradıb. Daha sonra tədbirin rəsmi hissəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qeyd edib ki, Xidmət tərəfindən təşkil edilmiş “Cümhuriyyət 100 il” adlı ümumrespublika rəsm müsabiqəsinin keçirilməsində məqsəd müstəqil dövlətçilik tariximizdə mühüm yer tutan Xalq Cümhuriyyətinin fəaliyyətinin cəmiyyətə daha geniş çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, xüsusi istedadlı məktəbliləri aşkar edib ictimaiyyətə tanıtmaq, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.
A.Rəhimov qeyd etmişdir ki, müsabiqənin keçirildiyi qısa müddət ərzində sərgiyə bir-birindən maraqlı 500-dən artıq rəsm əsərinin təqdim edilməsi, yeniyetmə və gənclərin bu mövzuya böyük maraq və məsuliyyətlə yanaşması yüksək mənəvi hazırlığın nəticəsidir. “Cümhuriyyət 100 il” adlı vətənpərvərlik mövzusunda ümumrespublika rəsm müsabiqəsinin bütün iştirakçılarına, bu işdə böyük əmək sərf etmiş müəllimlərə və valideynlərə minnətdarlığını bildirən A.Rəhimov vurğulayıb ki, sərgidə nümayiş etdirilən hər bir rəsm əsəri xalqımızın mənəvi gücünü, milli birliyini ifadə edir və vətənpərvər nəslin yetişdiyini sübut edir. Odur ki, bu müsabiqədə iştirak edən hər bir iştirakçını qalib hesab etmək olar.
Daha sonra çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov sərgidə əsərləri nümayiş etdirilən uşaq və gəncləri uğurları münasibəti ilə təbrik edərək bildirib ki, 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi şanlı tarixi keçmişimizə, Azərbaycan Xalq Cümhuriyyətinə göstərilən böyük ehtiramdır. R. Bayramovun müsabiqənin yeniyetmə və gənclərin yaradıcılıq potensialının daha da inkişaf etdirilməsinə yaxşı stimul verəcəyinə əminliyini ifadə edərək bildirib ki, müsabiqə öz istedadlarını nümayiş etdirmək üçün yeniyetmə və gənclərə yaxşı imkanlar yaradır. O, bu sərginin rəsmləri sərgilənən məktəblilər üçün gözəl bir başlanğıc olduğunu bildirib. Çıxış edən R. Bayramov həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibəti ilə həyata keçirdiyi tədbir və sərgilərin ölkəmizdə vətənpərvərlik ruhunun artırılması, mədəniyyətimizin inkişafı və təbliği baxımından olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Tədbir sonra mükafatlandırılma mərasimi ilə davam etdirilib. Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri açıqlanıb:

I yerin qalibi - Səfərzadə Humay Faiq qızı. Nizami rayon 214 saylı tam orta məktəb.
II yerin qalibi - Tanrıverdiyev Fərid Əhmədalı oğlu. Sabunçu rayon 4 saylı tam orta məktəb.
III yerin qalibi - Bayramlı Alvina Azər qızı. Balakən rayon M.P.Vaqif adına Tülü kənd 1 saylı orta məktəb.

Qaliblərə diplom və mükafatlar təqdim edilib. Müsabiqədə rəsmləri nümayiş etdirilən 10 nəfər iştirakçının - Bayramova Kamilə Rövşən qızı, Rəsulov Tuncay Kamran oğlu, Rəhimli Fatimə Ziya qızı, Qəribova Sürəyya Kamran qızı, Paşayeva Fatimə Nail qızı, Rəsulov Aydəmir Kamran oğlu, Əhmədzadə Leyla Ramiz qızı, Əlizadə Aytac Nazim qızı, Əhmədova Tavat Əlövsət qızı, Əsgərli Ayişə Vüqar qızının əsərləri həvəsləndirici diplomlara layiq görülüb. Müsabiqəyə təqdim olunmuş əsərlərin sərgisi noyabrın 21-dək davam edəcək. Sərgi hər kəs üçün açıqdır.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib
13.12.2018
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info