Hakimlər və ədliyyə işçiləri təltif ediliblər
Tarix: 20.11.2018 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların, orden və medalların verilməsi ilə bağlı sərəncamlar imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar. Həmçinin üç nəfər 2-ci dərəcəli, altı nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Bundan başqa, 19 nəfər “Tərəqqi”, 25 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib. Dövlətimizin başçısının digər bir Sərəncamı ilə bir nəfər ədliyyə general-leytenantı, üç nəfər III dərəcəli dövlət ədliyyə müşaviri, iki nəfər isə ədliyyə general-mayoru ali xüsusi rütbələri ilə təltif olunub. Azərbaycan Prezidentinin daha bir Sərəncamına əsasən, Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və ölkəmizin məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə dörd nəfərə “Əməkdar hüquqşünas”, bir nəfərə “Əməkdar mühəndis”, bir nəfərə “Əməkdar həkim”, bir nəfərə isə “Əməkdar tibb işçisi” fəxri adları verilib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün iki milyon ayrılıb
20.02.2019
Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20.02.2019
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib
20.02.2019
Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüş
20.02.2019
Prezidentin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info