“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
Tarix: 20.11.2018 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Azərbaycanla Türkiyə arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyatın qarşılıqlı inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum Təbii qaz boru xətti ilə TANAP kimi birgə layihələrlə həyata keçirilən iş birliyinin nəticələrini görmək mümkündür. Eləcə də digər iqtisadi, enerji və nəqliyyat layihələri iqtisadi mənada Azərbaycan ilə Türkiyəni bir-birinə sıx bağlayır. Son reallaşan layihələrdən biri kimi Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışını göstərmək olar. Gündə 200 min barel neft emal etmək imkanına malik olan müəssisə SOCAR tərəfindən İzmirdə inşa edilib. “Star” neft emalı zavodu ilə Azərbaycanın Türkiyədəki ən böyük investor olduğu bildirilir. İki ölkə arasında birgə müəssisələrin yaradılması istiqamətində tədbirlər davam etməkdədir. Onlardan biri kimi Anadolunun Kırıkkale qəsəbəsində yeni fabrik qurulacağını qeyd etmək olar. Fabrik türk və azərbaycanlı sərmayəçilərin birgə investisiyası sayəsində qurulacaq. Kırıkkale Sənaye Parkında 53 min kvadratmetrlik sahədə inşaatı davam edən fabrikdə traktor, qüllə kranı olmaqla bir sıra kənd təsərrüfatı texnikası istehsal ediləcək.
Bu günlərdə ölkə başçısının Sumqayıta səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkında bir sıra yeni müəssisələrin açılışı olub ki, onların da sırasında qardaş Türkiyənin inşa etdiyi müəssisələr var. Onlardan biri Sumqayıt Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodu, digəri isə “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodudur.
İki ölkə arasında həyata keçirilən iqtisadi əməkdaşlıq tədbirləri Türkiyə mediasında davamlı olaraq geniş işıqlandırılır. “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışı da qonşu ölkə mediasında yer alıb.

“Sondakika.com” saytında dərc edilən “Qardaş ölkə Azərbaycana Karabükdən ilk müasir müəssisə” başlıqlı yazı da bu qəbildəndir. Yazıda qeyd edilir ki, ölkə daxilində və xaricində, o cümlədən Oman, Əlcəzair, Rumıniya və İranda 15 dəmir polad müəssisəsini reallaşdıran Rafet Vergilinin sahibi olduğu “Demora” şirkətinin Azərbaycanda inşa etdiyi müəssisənin birinci mərhələsinin açılışı olub. Rafet Vergilinin sahibi olduğu “Demora” şirkəti Karabük Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyətini davam etdirən dəmir-polad zavodunun da qurucusudur. Qeyd edilir ki, zavodun açılış mərasiminə Prezident İlham Əliyev, nazirlər və “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə şurasının sədri Rasim Məmmədov qatılıb. Zavodda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək. Zavod 20 min kvadratmetr qapalı və 30 min kvadratmetrlik açıq olmaqla 50 min kvadratmetr sahəyə malikdir.
Bildirildi ki, bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. Bu məhsullar arasında yayma valları, 3D printer vasitəsilə hazırlanan detallar, dəyirman kürələri, müxtəlif növ maşın avadanlıqları üçün detallar var. Zavodun illik istehsal gücünün 12000 ton olması nəzərdə tutulub. Dövlət başçısına Daşkəsən rayonundakı dəmir-filiz yataqlarından istifadə edilməklə Gəncədə böyük metallurgiya zavodunun tikintisi ilə bağlı məlumat verilib. Artıq tikinti ilə bağlı texniki işlər yekunlaşıb. Qeyd edilib ki, Daşkəsəndəki yataqlarda yeni geoloji işlər və ehtiyatların qiymətləndirilməsi aparılıb.
Müəssisənin açılışı ilə bağlı məlumat verən Karabük Bələdiyyə başçısı Rafet Vergili zavodun qardaş ölkə Azərbaycanda öz sahəsində qurulan ilk və yeganə müəssisə olduğunu bildirib: “Dünyada isə ən yeni və ən müasir müəssisə xüsusiyyətinə malikdir. Bu, Karabük və işçilərimizin qürurudur. Firmamız layihə, emal, montaj və istismara vermə mərhələlərinin hamısını problemsiz bir şəkildə başa çatdıraraq çox qısa bir müddətdə bu müəssisənin istehsala başlamasını bacardı. Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak etməklə bizə çox böyük bir xoşbəxtlik və qürur yaşatdı”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
13.02.2019
“Cedarnyus” qəzetinin baş redaktoru: Qarabağ tarixi Azərbaycan torpağıdır
11.02.2019
Minimum əmək haqlarının artırılması əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir
08.02.2019
Müxalifətin “yalan maşını”
07.02.2019
Paşinyanın əməkhaqqı və pensiyaların kəskin artımı barədə xalqa verdiyi vədlər reallaşmadı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info