Müxalifət islah olunmayacaq
Tarix: 20.11.2018 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Qurban Məmmədov indi də Nahid Cəfərovla düşmən oldu

Qurban Məmmədovun uzun müddətdir ki, müxalifətçilərlə ulduzu barışmır. Əlbəttə, bütün bu proseslər artıq Azərbaycan cəmiyyətində adi qarşılanır, siyasətlə az-çox maraqlananlar gözəl bilirlər ki, müxalifət düşərgəsində belə hallar daim olub, indi də var və çox güman ki, bundan sonra da belə hallar daha da adiləşəcək. İndiki halda isə hakimiyyət iddiasında olan bu adamların bir-birini elementar məsələlər üstündə, sözün həqiqi mənasında, qırması təbii qarşılanmalıdır. Çünki “çayxana müxalifətini” gecə-gündüz sosial şəbəkələrdə vaxt keçirən “virtual müxalifət” əvəz edib. Qurban Məmmədovla əvvəlcə Əli Kərimli və onun ətrafı arasında düşmənçilik yaranmışdı, indi isə o, gənc müxalifətçilərlə yola getmir... Belə ki, bir ildir gecə-gündüz təriflədiyi Nahid Cəfərov artıq Qurban Məmmədov üçün bir nömrəli düşmən obrazına çevrilib. Avropaya sığınaraq oradakı ağalarının verdiyi tapşırıqları can-başla yerinə yetirən Nahid Cəfərov da bu işdə Qurban Məmmədovdan geri qalmır. Məsələ belədir ki, Qurban Məmmədov özünün kanallarının bağlanmasının bir nömrəli səbəbkarı kimi Nahid Cəfərovu görür. O, bu istiqamətdə aparılan kampaniya ilə bağlı əlinə keçən yazışmalardan birinin şəklini paylaşaraq yazıb:
“Bu da Nahid Cəfərov və Nurlan Niyazinin əxlaqı. Bunları hər kəs tanısın, görün, bu adamlar birlik, həmrəylik, “siyasi məhbuslara dəstək” adı altında hansı oyunlardan çıxırlar. Deməli, bizim kanallarımızın bağladılması bunlara tapşırılıb və onlar da böyük həvəslə bu işi ediblər. İndi isə yeni kanalı bağlamaqla bizi şantaj edirlər. Bunu paylaşın, "OYAN"-çılar kimlərin arxasınca getdiklərini görüb, bəlkə, oyanalar!!!”.
Əslində, bu qondarma “OYAN” hərəkatının ardınca gedən də yoxdur. Həqiqətən də Azərbaycan gənclərini xaricdən maliyyələşən və himayə altında saxlanılan belə fırıldaqçıların fəaliyyəti maraqlandırmır. Azərbaycan gənci bu gün özünə idealı, qəhrəmanı başqa istiqamətdə axtarır, bayrağımızı beynəlxalq tədbirlərdə qaldıranlar, Mübarizlər, Reyhan Camalovalardır!
Nahid Cəfərovun bu məsələyə dərhal reaksiya verməsi də maraqlı məqamdır. Çünki eyni ittihamla Nahid Cəfərov Qurban Məmmədova meydan oxuyub. O yazıb:
“Qurban Məmmədov qısa müddət ərzində (ilk dəfə olaraq) Nurlan Niyazi və “Düşün TV”-nin və (səhv etmirəmsə) Məhəmməd Mirzəlinin kanalını şikayət etdi və bağlatdırdı. Bunu tarixlərlə də sübut etmək mümkündür ki, ilk hücumlar bu adamdan gəldi. Sonra da bu kanalların sahibləri bu "demokrata" onun öz dili ilə cavab verdilər və adamın kanalını bağlatdırdılar. Səhv etmirəmsə, Məhəmməd Mirzəli bununla bağlı paylaşım edərək kanalı onun bağlatdırdığını bildirmişdir.
Şəxsən mən hər hansı bir kanalın, o cümlədən Qurban Məmmədovun kanalının bağlanmasına qarşıyam və hər zaman da qarşı olmuşam”.
Həqiqətən də, gülməli durumdur. Söz atışması, yeni düşmənçiliyin səbəbi, mövzusundan da göründüyü kimi, bu adamlar ucuz siyasi şoularla məşğuldurlar, ya da ki, həqiqətən də bir-birinin “çörəyi”nə dəyməklə... Görün, kimlər hakimiyyət iddiasındadır, ölkəni idarə etməyə ideal namizəd olduqlarını deyirlər. Nə Əli Kərimli və digər radikal müxalifətçilər, nə də Qurban Məmmədov kimilər və xaricdə yaşayan müxalif mühacirlər qrupu belə anormal proseslərdən əl çəkən deyillər. Bunu tez-tez müşahidə etdiyimiz belə anormal söz davası, ittihamlar, hətta bir çox hallarda təhqir, söyüş səviyyəsinə qalxan düşmənçilik mövqeləri, olaylardan da görmək olar... Deməli, bu müxalifət islah olunmayacaq...
Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info