Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
Tarix: 21.11.2018 | Saat: 09:23:00 | E-mail | Çapa göndər



Azərbaycanın dahi bəstəkarı, görkəmli alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən bu il ərzində həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda dahi bəstəkarın xatirəsinə həsr olunmuş təntənəli tədbirlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, dahi bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti yubiley konserti noyabrın 20-də Vyananın “Konzerthaus” mədəniyyət evində keçirilib. Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.
Tədbirdə Əməkdar incəsənət xadimi, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Akademik Orkestri dahi bəstəkar əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə bəstəkarın Azərbaycan klassik musiqi tarixində özünəməxsus yerə malik “İldırımlı yollarla” və “Yeddi gözəl” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürlərindən hissələr səsləndirilib. Almaniyada yaşayan tanınmış azərbaycanlı skripkaçı Anar İbrahimov bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin skripka ilə orkestr üçün “Quasi uno Concerto” əsərini orkestrin müşayiəti ilə ifa edib.
Simfonik orkestrin ifasında təqdim olunan monumental əsərlər klassik musiqi həvəskarlarının sürəkli alqışları ilə qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info