“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
Tarix: 21.11.2018 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Hesab edirəm ki, Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Belarus səfəri Azərbaycanın xarici siyasətinin müsbət nəticələrindən biri kimi özünü göstərdi.
Azərbaycan və Belarusun strateji tərəfdaş olduğunu xatırladan B.Muradova qeyd edib ki, dövlətlərimiz bir çox vacib məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir: "Bir çox məsələlərdə mövqe birliyi var. Bu səfər zamanı səsləndirildi ki, hər hansı bir xəbərdarlıq müzakirə olunmadan hər iki dövlət bir-birinin maraqlarını qarşılıqlı şəkildə bütün müstəvilərdə qoruyur. Bunun nümunələrini bu günə qədər göstəriblər".
Vitse-spiker deyib ki, bu səfər həm müzakirə olunan məsələlər, həm imzalanan sənədlər, həm də hər iki prezidentin verdiyi bəyanatın ruhu ilə diqqəti çəkdi: "Dağlıq Qarabağ münaqişəsi, o cümlədən bu tip konfliktlərin beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll olunmasının vacibliyinin vurğulanması onu göstərir ki, getdikcə dünyada bu mövqeni dəstəkləyən ölkələrin sayı çoxalır. Azərbaycan və Belarus da bu kimi məsələlərdə öndə gedən dövlətlərdir. Eyni zamanda bizim xalqlarımızın, müvafiq dövlət qurumlarının, o cümlədən prezidentlərimizin möhkəm dostluğunun münasibətlərə çox müsbət təsir göstərdiyinin şahidi oluruq".




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info