Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Tarix: 21.11.2018 | Saat: 12:40:00 | E-mail | Çapa göndər


Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Avropa Azərbaycanlıları Konqressinin prezidenti Sahil Qasımovun “Veteninfo.az” xəbər saytına qarşı şikayətini araşdıran Komissiya üzvləri müəyyən ediblər ki, saytda AAK və onun rəhbər strukturları barədə silsilə olaraq yayılan xəbərlərdə “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) prinsipləri pozulub, tənqidi xarakterli yazılarda qarşı tərəfin rəyi öyrənilməyib, balans gözlənilməyib, dəqiqləşdirmə aparılmayıb. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Veteninfo.az” xəbər saytına MŞ tərəfindən xəbərdarlıq edilib.
Komissiya AAK-ın “Reytinq” qəzeti barədə eyni motivli şikayətini də araşdırıb. Qəzet redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq tövsiyələr veriblər.
“Atlas ES” MMC-nin baş direktoru İslam Abdullayevin “Azərbaycan reallığı” İnformasiya Ağentliyinə qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, Agentlikdə MMC və onun təmsilçiləri barədə kəskin tənqidi ruhlu materiallar yayımlanıb və qarşı tərəfin mövqeyi öyrənilməyib. Materiallar birtərəfli, yalnız bir qrup şikayətçiyə istinad edilərək hazırlanıb. MMC təmsilçilərinin özlərinin təşəbbüs göstərməsi, mövqelərinin işıqlandırılmasına yönəlik cəhdləri də nəticə verməyib: İnformasiya Agentliyi onların mövqeyini dərc etməkdən boyun qaçırıb. Komissiya üzvləri qərara gəliblər ki, geniş araşdırma aparılması üçün “Azərbaycan Reallığı” İA üzrə iş MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilsin.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Qaçqın və məcburi köçkünlərin probleminin həlli hər zaman prioritetdir
13.12.2018
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
13.12.2018
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13.12.2018
Daşkənddə “Heydər Əliyev və Özbəkistan” adlı foto sərgi açılıb
13.12.2018
Serbiyada ulu öndərin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 “Ermənistan iqtisadiyyatı böhrandan çıxa bilmir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info