Qazaxıstanda “Türk dünyasının mənəvi yenilənməsi“ beynəlxalq konfransı keçirilib
Tarix: 21.11.2018 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən Qazaxıstanın Türküstan şəhərində "Müqəddəs Türküstan və türk dünyasının mənəvi yenilənməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. Qazaxıstanın Türküstan əyaləti valiliyi, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin də dəstək verdiyi konfransada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Fransa, Hindistan və digər ölkələrdən türkoloqlar və diplomatik missiya nümayəndələri iştirak edib.
Türküstan valisi Canseyit Tüymebayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iyun ayında Türküstan əyalətinin yaradılması və əyalət mərkəzinin də Türküstan şəhərinə küçürülməsi ilə bağlı qərarının Türküstan şəhərinin inkişafına və türk dünyasının mənəvi mərkəzi kimi möhkəmlənməsinə böyük töhfə verəcəyini bildirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) keçmiş Baş katibi Xəlil Akıncı türk dünyası arasında inteqrasiyanın güclənməsi üçün öncə türklərin özünüdərkinin reallaşmasının vacibliyinə diqqət çəkib. Bu baxımdan, Qazaxıstanın başlatdığı “Türk dünyasının mənəvi yenilənməsi” proqramının əhəmiyyətini vurğulayıb.
Türklərin 12-13-cü əsrlərdə Orta Asiyadan başlayaraq bütün dünyada söz sahibi olduqlarını, bunun məntiqi nəticəsi olaraq yenidən müasir sivilizasiyaya yiyələnmək istədiklərini qeyd edən H.Akıncı, böyük fasilədən sonra türk dünyasının təşkilatlanması istiqamətində mühüm addımlar atıldığını, bu prosesdə Beynəlxalq Türk Akademiyasının əhəmiyyətli rol oynadığını bildirib.
TWESCO prezidenti Darxan Kıdırəli Prezident Nazarbayevin Türküstan ideyasını dəstəkləmək və sentyabr ayında Qırğızıstanda keçirilən Türk Şurasının toplantısında dövlət başçılarının qarşıya qoyduqları tapşırıqları həyata keçirmək məqsədilə bu konfransı təşkil etdiklərini qeyd edib.
Üç sessiyadan ibarət olan konfransda, türk dünyasının müqəddəs məkanları, tarixi şəxsiyyətləri, habelə, türk dil və əlifbaları məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində TWESCO tərəfindən türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə alim “Vilhelm Thomsen” medalı ilə mükafatlandırılıb.
Bununla yanşı, türk dünyası ilə bağlı önəmli xəbər və şərhlər yayımlayan kütləvi informasiya vasitələri nümayəndələrinə Beynəlxalq Türk Akademiyasının “İsmayıl Qaspralı” media mükafatı təqdim edilib.
Konfrans çərçivəsində TWESCO ilə Türküstan Valiliyi və Özbəkistan Millli Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb
07.12.2018
“Kardeş kalemler” noyabr nömrəsini Mir Cəlal Paşayevin 110 illiyinə həsr edib
07.12.2018
2019-cu il MDB-də Kitab İli elan olunub
07.12.2018
Hüseyn Cavidin şeirləri qazax dilində çap olunub
07.12.2018
İsraildə azərbaycanlı rejissorların filminin təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info