Dövlət Proqramı çərçivəsində ölkəmizdə beş beynəlxalq ikili diplom proqramı təsis olunacaq
Tarix: 21.11.2018 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Noyabrın 21-də Təhsil Nazirliyində “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb. Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışan C.Bayramov ölkəmizdə təhsilin inkişafı ilə bağlı səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.
Nazir qeyd edib ki, Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərinin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
C.Bayramov Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihələrin davam etdiriləcəyini deyib. Bildirib ki, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər
20.02.2019
Azərbaycanlı tələbələr Moskvada layihələr təqdim edəcəklər
20.02.2019
Aİİ rektoru tələbələrlə görüşüb
20.02.2019
IADC-nin prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşdü
20.02.2019
“UNEC-100” - Strateji idarəetmə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info