Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
Tarix: 21.11.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Hulusi Akar və Hakan Fidan Moskvada

ABŞ-da səfərdə olan Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Vaşinqton səfirliyinin iqamətgahında mətbuat nümayəndələri ilə görüşüb. ABŞ tərəfi ilə FETÖ, ABŞ-ın separatçı terror təşkilatı YPG/PKK-ya dəstəyi, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən səudiyyə jurnalisti Camal Kaşıkçı cinayəti və Suriya məsələlərini müzakirə etdiklərini qeyd edən Çavuşoğlu görüşlərin konstruktiv keçdiyini bildirib. Çavuşoğlu Türkiyənin ABŞ-dan ekstradisiyasını tələb etdiyi 84 FETÖ üzvünün adının olduğu siyahını ABŞ dövlət katibi Mayk Pompeoya və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltona verdiyini bildirib. Kaşıkçı cinayəti məsələsində Türkiyənin mövqeyinin aydın olduğunu qeyd edən Çavuşoğlu hadisənin tam şəkildə aydınlaşdırılmasında israr etdiklərini təkrarlayıb: “Bu məsələdə göstərişin kimdən alındığının üzə çıxmasını istəyirik. Bir sıra ölkələr Səudiyyə Ərəbistanı ilə münasibətlərini pozmaq istəmir, biz də istəmirik. Lakin cinayətin üstü açılmalıdır”. Suriya məsələsinə də toxunan xarici işlər naziri deyib ki, Menbiç yol xəritəsinin digər bölgələrə də tətbiq olunması üçün Türkiyə və ABŞ rəsmiləri yaxın günlərdə bir araya gələcək. Nazir deyib ki, Menbiçdə ABŞ ilə birgə nəzarət fəaliyyəti başlayıb və proses sürətlənməkdədir: “YPG tamamilə Menbiçdən çəkilmədən, idarəetmə və təhlükəsizlik orqanları ilə bağlı ortaq qərarlar qəbul edilmədən bu prosesin yekunlaşdığı barədə fikir söyləmək mümkün deyil”. Vaşinqton görüşləri çərçivəsində əvvəlcə ABŞ dövlət katibi Mayk Pompeo, daha sonra Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla görüşdüyünü qeyd edən Çavuşoğlu bildirib ki, görüşlərdə münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib. İrana tətbiq edilən sanksiyaların da müzakirə edildiyini bildirən nazir Türkiyəyə edilən istisnanın əhəmiyyətli olduğunu, lakin bunun davamlı və əhatə dairəsinin geniş olmasının mühüm olduğunu qeyd edib. Qeyd edək ki, Türkiyənin xarici işlər naiziri Rusiyadan alacaqları S-400 raket kompleksləri ilə bağlı məsələyə də toxunub. Son günlər Türkiyənin bu sövdələşmədən vaz keçəcəyi ilə bağlı müxtəlif mənbələrə istinadən məlumatlar yayılır. Həmin xəbərlərdə qeyd edilir ki, rəsmi Ankara ABŞ-ı təzyiqləri nəticəsində Rusiya ilə olan anlaşmanı ləğv etmək istəyir. ABŞ-ın İran sanksiyaları ilə bağlı Türkiyəyə etdiyi güzəşt də elə bununla bağıdır. Türkiyəyə, həmin müqavilədən imtina edəcəyi halda ABŞ-dan “Partriot” raket sistemlərini ala biləcəyi vəd edilib. Amma “Tük axını” layihəsinin dəniz hissəsinin tikintisinin yekunlaşması ilə bağlı keçirilən tədbirdə iştirak edən Rusiya və Türkiyə liderlərinin verdiyi mesajlar bunun əksini göstərir. “Röyters” agentliyinin yaydığı məlumatda qeyd edilir ki, Çavuşoğlu amerikalı həmkarı ilə görüşdə deyib ki, Ankaranın Rusiyadan S-400 raket kompleksi alması məsələsi “həll olunmuş işdir”. Onun sözlərinə görə həmin anlaşmanın ləğv edilməsi mümkün deyil. “Röyters” bildirir ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri Pompeo ilə görüşdən sonra deyib: “Amma bizə daha çoxu lazımdır və biz bunu müttəfiqlərimizdən almağa üstünlük veririk”. Pentaqon rəsmisi Erix Paxon isə “RİA Novosti”yə açıqlamasında deyib ki, ABŞ Müdafiə Nazirliyi Türkiyəyə S-400 komplekslərinin əvəzində nə təklif edə biləcəklərini Konqreslə müzakirə edir. Belə müzakirələrin getdiyi bir vaxtda Türkiyədə iki mühüm şəxs - müdafiə naziri Hulusi Akar və kəşfiyyat idarəsinin başçısı Hakan Fidan Moskvaya səfər ediblər. Akar və Fidan Moskvaya səfər çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu və digər rəsmilərlə bir araya gəliblər. Akar və Şoyqu arasında baş tutan görüşdə regional məsələlər başda olmaqla Soçi razılaşmasından sonra Suriyanın İdlib şəhərində yaradılan təhlükəsiz zonasındakı son vəziyyət müzakirə olunub.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Ermənistanda keçirilən seçkilərin heç birində belə az sayda seçici fəallığı olmamışdı
10.12.2018
Ermənistanda erkən parlament seçkilərində toplanan səslər hesablanıb
10.12.2018
Ermənistandakı seşkilər ümummilli fayda prinsipinə çevrilmədi
09.12.2018
İrəvana əlavə polis qüvvələri yeridilib
09.12.2018
David Şahnazaryan: “Bu, Ermənistan tarixində ən utançverici seçki kimi tarixə düşəcək“

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info