“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
Tarix: 21.11.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Son qərar KTMT-nin Sankt-Peterburq toplantısında veriləcək

KTMT-nin növbəti - Sankt-Peterburq toplantısına az qalır. Belə görünür ki, yenidən baş katiblikdə qalmağa israrlı olan Ermənistan hələ də Rusiyaya olan ümidini itirmir. Lakin qeyd edilməlidir ki, Ermənistanın qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkə kimi, Rusiyaya da məlumdur. Bundan əlavə, bu gün İrəvanın yeritdiyi işğalçı siyasətə görə qurum üçün əlavə yük və problemdən başqa bir şey olmadığı artıq KTMT rəsmiləri tərəfindən də büruzə verilməkdədir. Amma ermənilər hələ də özləri barədə yüksək fikirdədirlər.
«Əgər dekabrın 6-da Sankt-Peterburqda keçirilən sammitdə yeni KTMT baş katibinin seçilməsi ilə bağlı fikir birliyi olmasa, erməni tərəfi konsensus üzərində işləməyə davam edəcək». Bu fikirləri Ermənistanın baş nazir səlahiyyətlərini həyata keçirən Nikol Paşinyan jurnalistlərə verdiyi açıqlamada bildirib. Bu barədə ermənilərin «1in.am» saytı məlumat yayıb.
KTMT-nin yeni baş katibi seçilməsi ilə bağlı Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatınıı şərh edən Paşinyan özündən razı halda Ermənistanın Belarus prezidentinə baş nazir səviyyəsində cavab verdiyini və Xarici İşlər Nazirliyinin sözçüsünə cavab vermək niyyətində olmadığını bildirib: «Mənim müsahibim hələ ki, cavab ala bilmədiyim Belarus prezidenti olacaq. Düşünürəm ki, onunla söhbətim ciddi olacaq. Mən ondan bütün bu məsələlərlə bağlı aydınlıq tələb edəcəyəm». Paşinyan Ermənistanın mili maraqları ilə bağlı bütün məsələləri qoruyacağını bildirib.
Saytın yazdığına görə, belə görünür ki, Ermənistanın baş nazirinin mövqeyi çoxqatlıdır. Belə ki, o, KTMT-də baş katibin Ermənistan nümayəndəsinin olacağını istisna etmir və bu məsələdə hətta çox israrlıdır: «Digər tərəfdən, realist Paşinyan Minsk və Astanaya qarşı müqavimət göstərməyin də çətin olacağını başa düşür. Buna görə də, Ermənistan prosesdən səmərəli şəkildə istifadə etməyə və dividendlər qazanmağa çalışacaq».
Maraqlıdır ki, sayt Paşinyanda yaranan bu inamın Rusiya prezidenti Vladimir Putinlə son telefon danışıqlarından sonra əmələ gəldiyini də istisna etmir: «KTMT-də əsas rolun Rusiyaya məxsusluğu şübhə doğurmur və təbii ki, dekabrın 6-da Sankt-Peterburqda Putinin mövqeyi həlledici rol oynayacaq. Bununla yanaşı, Rusiya prezidentinin Ermənistanın maraqlarını lobbiləşdirməkdə iştirakçı olmasını da gözləmək çətindir. Çünki Minsk və Astananın Ermənistana qarşı «dirənişində» antirusiya komponenti də sezilməkdədir. Əgər KTMT Baş katibini seçmək məsələsində Moskva Ermənistanın mövqeyini birbaşa olaraq dəstəkləsə, onda bu, Ermənistandakı inqilabdan sonra Avrasiya qurumlarında ortaya çıxan yeni status-kvonu legitimləşdirmiş olacaq. Təbii ki, bu da Putinə sərf etmədiyindən o çətin ki, bu addımı atsın. Digər tərəfdən, əgər Sankt-Peterburqda Belarus nümayəndəsi təşkilata baş katib seçilərsə, bu halda, Ermənistan öz veto hüququndan istifadə edəcək. Bu məsələdə isə Moskvanın İrəvanın mövqeyinə xüsusi olaraq etiraz edəcəyi inandırıcı görünmür».
Sayt Belarus və Qazaxıstanın birgə mövqe nümayiş etdirərək KTMT-də gündəmi diktə etməsini Putin üçün arzuolnumaz saysa da, təşkilata baş katib seçimi zamanı Ermənistanın razılığını qazanacağına şübhə ilə yanaşır. O, KTMT-yə baş katib seçimi məsələsinin digər proseslərə birbaşa təsir göstərdiyini xatırladır.
Qəribə də olsa, erməni saytı Ermənistan nümayəndəsinin KTMT-də baş katib postuna seçilməməsinin Azərbaycan üçün böyük bir faydası olacağını bildirir: «Digər tərəfdən, əgər dekabrın 6-da Ermənistan nümayəndəsi KTMT-də baş katib seçilməsə, bu, Ermənistandakı erkən parlament seçkiləri ərəfəsində Paşinyan əleyhdarlarına yeni bir mövzu vermiş olacaq. Ona görə də, Paşinyan Putin tərəfəindən Ermənistanda müəyyən bir siyasi konfiqurasiyanın formalaşdırılmaması üçün ondan zəmanət tələb etməlidir». Maraqlıdır, heç bir beynəlxalq təşkilatlarda nüfuz sahibi olmayan Ermənistana Putin tərəfindən belə bir zəmanət veriləcəkmi? Təbii ki, bu dekabrın 6-da məlum olacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib
12.12.2018
“Heydər Əliyev və Özbəkistan”
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info