Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
Tarix: 21.11.2018 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Polşa Respublikasının paytaxtı Varşava şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının həyata keçirdiyi "Şərq tərəfdaşlığı ölkələri üçün inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi" layihəsinin yekun konfransı keçirilib.
Tədbirə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Ermənistan, eləcə də Avropa Komissiyası, Avropa İttifaqının üzv ölkələri və portnyor təşkilatlardan nümayəndələr qatılıb.
Konfransda Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov və Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi Ceyhun Nəcəfli də iştirak ediblər.
Konfransda aidiyyəti portnyorların və tərəfdaşların interaktiv platforma ilə təmin edilməsi, qazanılmış nailiyyətlərin paylaşılması və gələcək fəaliyyətlə bağlı məsələlər müzakirə olunub.
Tədbir zamanı MDB üzv dövlətləri tərəfindən sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsinin tətbiqinə dair hesabat təqdim edilib, sözügedən layihənin effektiv şəkildə reallaşdırılması istiqamətində məhdudiyyət və çətinliklərin həlli istiqamətində görülən tədbirlər və digər məsələlər nəzərdən keçirilərək ölkələrin müvafiq məruzələri dinlənilib.
Öz növbəsində, Dövlət Gömrük Komitəsinin nümayəndəsi çıxış edərək inteqrasiya olunmuş sərhəd idarəçiliyi sahəsində təlim materiallarının hazırlanması, potensialın gücləndirilməsi, sərhədkeçmə və gömrük prosedurlarının sadələşdirilməsinə yönəlmiş tədbirlər barədə məlumat verib. Bildirilib ki, gömrük əməkdaşlarını inteqrə olunmuş sərhəd idarəçiliyi sahəsində Avropa İttifaqının üzv ölkələrinin təcrübəsinə əsaslanan bilik və bacarıqlarla təmin etmək məqsədilə vaxtaşırı təlim və seminarlar təşkil olunur. Həmçinin sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrində beynəlxalq standartlara cavab verən infrastrukturun təşkili, ticarətin asanlaşdırılması mərkəzlərinin yaradılması üzrə işlərin aparıldığı, "elektron hökumət" portalında gömrük xidmətlərinin daim təkmilləşdirildiyi, səlahiyyətli iqtisadi operatorlar institutunun, "bir pəncərə" prinsipinin inkişaf etdirilməsi məqsədilə mütəmadi işlərin görüldüyü diqqətə çatdırılıb.
Eyni zamanda, 2017-2018-ci il tarixlərində həyata keçirilmiş Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinə Ümumi Tranzit Proseduru və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma
prosesi barədə məlumat verilib. Dövlət Gömrük Komitəsinin nümayəndəsi son dövrdə gömrük sahəsində həyata keçirilən köklü islahatlar, xüsusilə struktur dəyişikliyi, idxal-ixrac əməliyyatları üzrə görülən tədbirlər barədə də danışıb və yeni çağırışlara cavab verə biləcək kadrların hazırlanmasında, onların bilik və bacarıqlarının artırılmasında FRONTEX layihəsi çərçivəsində tərəfdaşlığın zəruriliyini diqqətə çatdırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib
20.05.2019
Nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verilib
19.05.2019
İyunun 1-də uşaqlar üçün musiqili-tamaşa təqdim olunacaq
19.05.2019
Vəkillər Kollegiyasının sədri IX Beynəlxalq Hüquq Forumunda iştirak edib
18.05.2019
Daşkənddə “ASAN xidmət”in fəaliyyəti haqqında məlumat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info