Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
Tarix: 21.11.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Sabirabad Rayonu Birlik İstehsal Kooperativi” yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir. Kənd təsərrüfatı sahəsində kiçik əmtəə istehsalından rəqabət qabiliyyətli məhsul istehsalına keçmək, innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazara çıxışı təmin etmək üçün ən optimal yol kooperativlərin inkişaf etdirməkdən keçir. Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı ilə əlaqədar olaraq “Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu qəbul edilib və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.
Kooperativlərin yaradılmasında başlıca məqsəd ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperativ üzvlərinin iqtisadi, sosial və digər maraqlarını qorumaqdır. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək. Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verəcək, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikaların alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan yaradacaq.
Məhz bu məqsədlərə nail olmaq üçün oktyabrın 31-də Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Sabirabad Rayonu Birlik İstehsal Kooperativi” yaradılıb. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına 1100 hektar torpaq sahəsi verilib.
Bu torpaq sahəsinin hazırda 850 hektarı kooperativin tərkibində birləşib. Kooperativin tərkibində 133 ailənin birləşməsinə baxmayaraq, uzun illər ərzində vətəndaşlar arasında aparılan alqı-satqılar nəticəsində dövlət aktlarının sayı 198 nüsxə təşkil edir.
Kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adambaşına 1,25 hektar torpaq sahəsi düşür.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycan nefti bahalaşıb
13.12.2018
Qış turizmi: öncədən sifarişlə “Şahdağ”a xeyli turist cəlb edə bilərik
13.12.2018
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13.12.2018
Prezident Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.12.2018
Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə təbəqə dəmirlərin yük vaqonları ilə nəqlinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info