AzTU-da beynəlxalq elmi-texniki konfrans keçirilir
Tarix: 21.11.2018 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetində (AzTU) “Ölçmə və keyfiyyət: problemlər, perspektivlər” mövzusunda Beynəlxalq Elmi-texniki konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransın plenar iclasında AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanda ölçmə və keyfiyyətə nəzarət sahəsində olan nailiyyətlərə toxunaraq, bu sahədə olan problemlər və perspektivlər haqqında danışıb. Rektor əvəzi bildirib ki, konfransın məqsədi metrologiya və keyfiyyət məsələlərinin aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdən ibarətdir. Rusiya Metrologiya Akademiyasının akademiki, professor Aleksandr Kozlov, Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun şöbə rəisi, professor Valeriy Lısenko, AzTU-nun Metrologiya və standartlaşdırma kafedrasının müdiri, professor Elçin İsgəndərzadə, Azərbaycan Texniki Universitetinin və Almaniyanın Rostok Universitetinin əməkdaşı, dosent Cavid Səfərov plenar iclasda elmi məruzə ilə çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, konfransın praktiki əhəmiyyəti sənayenin bir sıra sahələri üçün böyük önəm kəsb edir. Belə ki, konfransın yekununda Azərbaycanda maşınqayırma, neft-qaz istehsalı sənayesi, hərbi sənaye komplekslərinin, cihazqayırmanın və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflər ümumiləşdirilərək istehsalata tövsiyə ediləcək. Azərbaycan Texniki Universiteti və Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransa Metrologiya və keyfiyyət problemləri ilə məşğul olan yerli və xarici ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və s. qurumların nümayəndələri dəvət olunub. Üç gün ərzində davam etdiriləcək konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq.
Bölmə 1. Məhsulun keyfiyyətinin metroloji təminatı.
Bölmə 2. Maşınqayırmada keyfiyyətin texnoloji təminatı və idarə olunması.
Bölmə 3. Xüsusi texnologiyalarda etibarlılıq və keyfiyyət göstəriciləri.
Bölmə 4. Optik, dinamik, elektrik və radiotexniki ölçmə-məlumat sistemləri.
Bölmə 5. Metallurgiyada analitik ölçmələr və keyfiyyətə nəzarət.
Bölmə 6. Məhsulun keyfiyyətinin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi.
Bölmə 7. İstilik-fiziki xassələrin ölçmə dəqiqlikləri.
Qeyd edək ki, konfransın işində 10-dan çox ölkədən, o cümlədən Türkiyə, ABŞ, Rusiya, Almaniya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrdən alimlər iştirak edir. Konfransın 7 bölməsində 420-dən çox müəllifin 190-dan çox məruzəsi dinləniləcəkdir. Bölmələrdə metrologiya, ölçmələr və keyfiyyətə nəzarətin müasir problemlərinə dair işgüzar müzakirələr aparılacaq. Plenar iclas və bölmələrdə keçirilən müzakirə və diskussiyaları, habelə məruzə və çıxışlardakı təklif və tövsiyələri ümumiləşdirərək Beynəlxalq Konfrans Bəyannamə qəbul edəcək.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Subbakalavrlar ali məktəblərə imtahansız qəbul ola biləcəklər
23.05.2019
UNEC III Science Slam beynəlxalq elm müsabiqəsinin qalibi bəlli oldu
23.05.2019
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru oldu
23.05.2019
Dəniz Akademiyasının rektoru imtiyazlı tələbələrlə görüşüb
23.05.2019
Kolleclərə də imtahansız qəbul mümkün olacaq...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info