İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
Tarix: 21.11.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


İntensiv yağışlar İspaniyanın Valensiya və Alikante əyalətlərində ciddi fəsadlar törədib. Vivero şəhərində bir nəfər həlak olub, Ondarroa sakini isə itkin düşüb. Bu əyalətlərdə 136 min şagirdin məktəbə gedə bilmədiyi və Valensiyanın Qandiya limanının bağlandığı bildirilir.
Vivero meri Mariya Lureyro bildirib ki, təbii fəlakətin fəsadlarını daha dəqiq müəyyən etmək üçün şəhərin hakimiyyət orqanları daxil olan məlumatları təhlil edir. Ən intensiv yağışlar Valensiyanın cənubunda və Alikantedə qeydə alınıb.
Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, Alikante əyalətində yağıntıların miqdarı hər kvadrat metrə 100 litr, Sueka və Alqemesidə isə müvafiq olaraq 84,4 və 82 litr təşkil edib. Bunun nəticəsində Valensiyanın cənubunda və Alikantedə əlillər üçün mərkəzlər və qocalar evlərində insanların küçələrə çıxmaması məqsədilə tədbirlər görülüb. Mursiyada yolları su basıb, yetmiş tələbənin olduğu avtobus Kartaxena bələdiyyəsi ərazisində daşqınların əsirinə çevrilib.
Dövlət Meteorologiya Agentliyi yaxın günlərdə Qalisiya və Əndalusun qərbində əvvəlkindən daha az intensiv yağışların olacağı barədə xəbərdarlıq edib.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Çində gecə klubunun çökməsi nəticəsində 2 nəfər ölüb, 77 nəfər yaralanıb
19.05.2019
Avstraliyada ümumi federal seçkilərdə sağ koalisiya qalib gəlib
19.05.2019
Zelenskinin andiçmə mərasimində 60 ölkənin rəsmiləri iştirak edəcək
18.05.2019
ABŞ Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib
18.05.2019
Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info