SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
Tarix: 21.11.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


SOCAR Aşqabadda işə başlayan “Türkmənistan-2018: neft və qaz” sənaye forumu və sərgisində iştirak edir. AZƏRTAC xəbər verir ki, sərgidə 30 ölkəni 50-dək neft-qaz şirkəti təmsil edir. Sərgidə “Petronas”, “Total”, “Dragon Oil”, “Eni”, “CNPC”, “Liebherr”, “Татнефть” kimi şirkətlər də öz stendlərini nümayiş etdirir. Sərgidə əsas diqqət yenilənən enerji mənbələri sahəsində eko-innovasiyalara və perspektivli inkişaflara, müəssisələrdə ekoloji təhlükəsizliyin yaxşılaşdırılmasına yönəldilib.
Forumda (OGT-2018) isə 40-dan çox ölkənin ən böyük neft-qaz şirkətlərinin 500-ə yaxın nümayəndəsi iştirak edir. Tədbirdə neft-qaz sənayesində, eləcə də metallurgiya, kimya, mühəndislik sahəsində, energetika sənayesində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri öz məhsullarını nümayiş etdirməklə yanaşı, əməkdaşlıq əlaqələrini genişləndirmək və işgüzar əlaqələrin səmərəliliyinin artırılmasını müzakirə edirlər. Forum çərçivəsində keçirilən plenar iclaslarda neft və qazın qlobal enerji bazarında tendensiyaları, istehsalı, emalı sahəsində beynəlxalq əməkdaşlıq və ixrac perspektivləri müzakirə olunur. Forum və sərgi noyabrın 23-dən davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?
10.12.2018
Pərviz Şahbazov: “Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür”
10.12.2018
İnam Kərimov: “Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info