“Bugünkü Azərbaycan gəncliyi Ulu öndərin qoyub getdiyi ideyaların ən güclü daşıyıcılarıdır”
Tarix: 22.11.2018 | Saat: 13:23:00 | E-mail | Çapa göndər


“21 noyabr Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun miras qoyduğu azadlıq və yenidən qurduğu Azərbaycan Respublikası, Yeni Azərbaycan Partıyası bizimlədir. Bugünkü Azərbaycan gəncliyi Ulu öndərin qoyub getdiyi ideyaların ən güclü daşıyıcılarıdır. Onun siyasi kursunu layiqincə davam etdirən azərbaycanlı gənclər, Heydər Əliyevi böyük məhəbbət və iftixarla anırlar”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Agsaqqallar.az saytına açıqlamasında bildirib. O qeyd edib ki, Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb: " Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Ölməz, əbədiyaşar Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur”.
YAP Nizami Rayon Təşkilatının sədr müavini onu da vurğuladı ki, Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti onu göstərir ki, o başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir. Onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Sonda R. Əhmədov: “Azərbaycan Heydər Əliyev xətti ilə irəliləyir. Heydər Əliyev dahi siaysətçi, uzaqgörən, müdrik dövlət xadimi olmaqla yanaşı, həm də böyük vətəndaş, milli xüsusiyyətləri özündə birləşdirən, öz xalqını vətənini əsl övlad məhəbbəti ilə sevən, şüurlu həyatını, xalqının, yurdunun yolunda əridən bir insan kimi xatirələrdə yaşayır və yaşayacaqdır. Bütün YAP-çıların bayramını təbrik edirəm!"- deyə fikrini tamamlamışdır.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
17.10.2019
Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info