Vüsal Qasımlı İtaliyada beynəlxalq konfransda çıxış edib
Tarix: 23.11.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İtaliyanın Turin şəhərində "Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edib.
İİTKM-dən bildiriblər ki, Avropa Təlim Fondunun (ETF) təşkilatçılığı ilə baş tutan konfrans zamanı inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin IV sənaye inqilabının çağırışlarına, o cümlədən bacarıqlar baxımından digər qlobal meyillərə reaksiya məsələləri müzakirə olunub.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı 50-dən artıq ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən Strateji Yol Xəritəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, islahatlar çərçivəsində ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir.
İcraçı direktor tədbir iştirakçılarını bu ilin oktyabr ayında təsdiqlənən "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" barədə də məlumatlandırıb. Vurğulayıb ki, ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin təmin edilməsi insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və layiqli əməyin təminatı baxımından yeni imkanlar yaradır. V.Qasımlı Azərbaycanın son 3 ildə özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində də uğurlu təcrübə qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, 2018-ci ildə 7 minə yaxın işsiz və işaxtaran vətəndaşa dövlət tərəfindən öz bizneslərini qurmaq üçün əvəzsiz olaraq aktivlərin verilməsi planlaşdırılıb və hazırda bu istiqamətdə işlər gedir. Vətəndaşların bir hissəsi aktivlə təmin olunub. 2019-cu ildə isə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsi hədəflənir.
V.Qasımlı konfransda çıxışı zamanı www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edib. Bildirib ki, bu portal gənclərin sahibkarlıq təşəbbüslərinin təşviqi, startapların dəstəklənməsi və vençur kapitala çıxış imkanlarının genişləndirilməsi, maliyyə əlçatanlığının artırılması və özünüməşğulluq proqramlarının əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkandır. Həmçinin investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirilməsi üçün əlverişli platformadır. Konfransın sonunda təqdim olunan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Ağyoxuş“ qızıl yatağı istismara verildi
30.11.2020
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
28.11.2020
“Azeri Light” neftinin bir barreli 48,73 dollara satılır
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
27.11.2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info