“Belarusdakı diasporumuz “Uşaq Avroviziya-2018” müsabiqəsində Azərbaycan təmsilçisinə dəstək olmaq üçün fan-qrup yaradıb”
Tarix: 23.11.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Rövşən Əliyev: “Prezident İlham Əliyevin Belarusa hər səfərindən sonra dövlətlər arasında münasibətlər daha da yaxşılaşır və iqtisadi göstəricilər daha da artır”


Noyabrın 25-də Belarusda "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsi keçiriləcək. Belarusdakı diasporumuz bu müsabiqədə iştirak edəcək Azərbaycan təmsilçisi Fidan Hüseynovaya mənəvi dəstək göstərəcək. Bununla bağlı Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini Rövşən Əliyev qəzetimizə müsahibə verib. Qeyd edək ki, Rövşən Əliyev 15 mart 1962-ci ildə Bakı şəhərinin Zirə kəndində anadan olub. 1979-cu ildə 120 nömrəli orta məktəbi bitirib. 1979-cu ildən Pirallahı adasında NQÇİ idarəsində əmək fəaliyyətinə başlayıb. 1980-1982-ci illərdə hərbi xidmətdə olub, xidmətdən sonra həmin idarədə əmək fəaliyyətini davam etdirib. 1992-ci ildən Belarus Respublikasında yaşayır, Belarus vətəndaşıdır. 1992-ci ildən “Abşeron” şirkətinin direktorudur. 1998-ci ildən diaspor işində aktivdir. 2003-cü ildən Belarusda yaradılan Belarus-Azərbaycan İcmaları Konqresinin idarə heyətinin sədr müavinidir. Konqres tərəfindən keçirilən bütün tədbirlərdə fəal iştirak edir. 2016-cı ildə Dünya Azərbaycanlarının 4-cü Qurultayında Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətinə görə Fəxri diplomla təltif olunub.


- Belarus-Azərbaycan münasibətlərinin inkişafında Belarusdakı diasporumuzun nə kimi rolu var?

- Belarus-Azərbaycan münasibətlərinin inkişafında diasporun rolundan danışanda, əsasən, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırovun çox böyük əməyini qeyd etmək lazımdır. Bu haqda çox danışmaq olar, amma bir təklif heç vaxt yaddan çıxmır. Belarus-Azərbaycan əlaqələrinin inkişafı üçün dövlət komissiyası yaradılmışdı. Natiq Bağırov həmin komissiyanın üzvlərindən biri idi. 2000-ci illərin əvvəlində Baş nazir Artur Rasizadə ilə görüşdə Natiq Bağırov Bakı-Minsk arasında hava nəqliyyatının müntəzəm açılmasını təklif etdi və bu təklif Baş nazir tərəfindən müsbət qarşılandı və komissiyanın gündəliyinə daxil edildi. Soydaşlarımız tərəfindən də bu təklif gözəl qarşılandı. Artıq bundan sonra Azərbaycana rahat gedib-gəlmək imkanı yarandı.

- Bildiyiniz kimi, bu günlərdə Prezident İlham Əliyev Belarusa səfər etdi. Bu səfər Belarusdakı Azərbaycan diasporunun nə dərəcədə sevincinə səbəb oldu?

- Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri soydaşlarımız tərəfindən həmişə böyük sevinclə qarşılanır. Səfər ərzində Minsk şəhəri Azərbaycan bayrağına bürünür, bütün mərkəzi prospekt boyu Azərbaycan bayrağının dalğalanması bir azərbaycanlı kimi ürəkdə böyük qürur hissi doğurur. Prezident İlham Əliyevin hər səfərindən sonra dövlətlər arasında münasibətlər daha da yaxşılaşır, iqtisadi göstəricilər daha da artır. Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evi bu dostluğun nümunəsidir.

- Belarusda keçiriləcək “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fidan Hüseynovaya diasporumuz hansı formada dəstək göstərə bilər?

- Noyabrın 25-də Belarusda keçiriləcək “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində iştirak edəcək Azərbaycan təmsilçisi Fidan Hüseynovaya dəstək olmaq üçün Konqresdə işçi qrupu yaradılıb. Artıq gənclərdən ibarət 80 nəfərlik fan-qrup yaradılıb və onlar fan zonada yerlərlə təmin olunacaqlar. Konqres tərəfindən regionlarda fəaliyyət göstərən diaspor üzvlərindən xahiş olunub ki, Fidan balamıza dəstək olsunlar. Hamı səbirsizliklə səs verməyi gözləyir. Allah köməyi olsun.

- Siz uzun müddətdir ki, Belarusda yaşayırsız və kifayət qədər diaspor təcrübəniz var. Belarusdakı yeni nəsil diaspora öz təcrübənizi bölüşə bilirsizmi?

- Yeni nəslə bir tövsiyəm var: harada olsalar Vətəni unutmamaq, Azərbaycanı sevmək lazımdır. Azərbaycan bayrağı altında toplaşıb bir olmalıyıq. Azərbaycanın başına gələn dəhşətli faciələri dünyaya yaymaq, Azərbaycanın mədəniyyətini, mətbəxini yerli xalqa çatdırmaq, xaricdə yaşayan hər bir azərbaycanlının borcudur. Burada ulu öndər Heydər Əliyevin məşhur sözləri yadıma düşür: "Mən fəxr edirəm ki, azərbaycanlıyam".

- Ümumiyyətlə, Konqres Belarusdakı soydaşlarımızın bir araya gətirilməsinə nə dərəcədə öz töhfəsini verir?

- Konqres vahid bir cəmiyyətdir. Belarusun 7 regionunda konqresin bölmələri var. Hər bir bölmənin sədri, idarə heyəti fəaliyyət göstərir. Bütün tədbirlər müzakirə olunur, birgə keçirilir. Dünya Azərbaycanlılarının 4-cü Qurultayında Prezident İlham Əliyev belə tapşırıq verdi ki, diasporlar vahid bir cəmiyyət ətrafında birləşib fəaliyyət göstərsinlər. Sentyabrın 22-də Minsk şəhərində konqres tərəfindən keçirilən Azərbaycan mədəniyyət günləri birliyimizi göstərən bir nümunədir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”
04.11.2019
Natiq Əliyev: “Azərbaycanlılar xaricdə çox fəaldırlar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info