Şəmkirçay sutəmizləyici qurğularının inşası üzrə işlərin 80 faizi yerinə yetirilib
Tarix: 23.11.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirir.
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, respublikanın qərb bölgəsinin içməli və suvarma suyu ilə təminatında mühüm əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi ətraf şəhər və rayonların içməli su ilə təminatı üçün böyük imkanlar yaradıb.
Ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetr olan su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Anbarın potensial ehtiyatı böyük olduğundan dayanıqlı içməli su təchizatı üçün etibarlı mənbə hesab edilir. Üstəlik, burada toplanan yerüstü suların təbii durulmadan keçməsi onun təmizlənməsində əlavə üstünlüklər yaradır.
Bütün bunlar nəzərə alınaraq Şəmkirçay su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğunun tikintisinə qərar verilib. Şəmkirçay sutəmizləyici qurğular kompleksinin tikinti layihəsinə qum filtrləri, reagent təsərrüfatı, hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, 1 ədəd transformator, xlorator qurğusu və inzibati bina daxildir.
Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq. Buradan götürülən su qum süzgəclərdə təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq. Yeni yaradılacaq mənbə hesabına Şəmkir, Samux, Gəncə şəhərləri və magistral kəmərlərin marşrutu üzərində yerləşən yaşayış məntəqələri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.
Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün uzunluğu 27,5 kilometr olan magistral su kəmərinin tikintisi artıq yekunlaşmış, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Bununla yanaşı, qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.
Qeyd edək ki, Gəncə və Şəmkir şəhərləri üçün alternativ mənbə hesab olunan Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək. Bu da 3 şəhərdə və ətraf kəndlərdə 400 minədək insanın keyfiyyətli və dayanıqlı içməli su təminatına imkan yaradacaq. “Azərsu” ASC-nin sifarişi ilə inşa edilən Şəmkirçay sutəmizləyici qurğularının inşası üzrə işlərin 80 faizi yerinə yetirilib və tikinti-quraşdırma işlərinin yaxın 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biridir. Bu layihə ərzaq təhlükəsizliyi, insanların həyat şəraitinin, maddi rifah halının yaxşılaşdırılması, bölgənin içməli suya olan tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyətlidir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib
15.11.2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info