Belqrad Universitetində “Azərbaycanda din” mövzusunda seminar keçirilib
Tarix: 23.11.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Azərbaycanda din” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda Novi Sad Universitetinin professoru Zərifə Əlizadə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətdən danışıb. Qeyd edib ki, uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkana çevrilib. Azərbaycanda rəngarəng milli-mədəni mühit formalaşıb, ayrı-ayrı millətlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayır. Bildirib ki, Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri də sərbəst fəaliyyət göstərir və onlara dövlət tərəfindən lazımi dəstək verilir. Z.Əlizadə həmçinin, seminar iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə də məlumat verib. Tədbirdə Belqrad Universitetinin professor və tələbə heyəti, diaspor nümayəndələri və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları iştirak edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Nikola Sarkozi Azərbaycanda olub
22.11.2019
İctimai Şuraların Bakı forumunun keçirilməsi təklif olunur
22.11.2019
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22.11.2019
Sənaye şirkətlərinin üçdə ikisi kiber hücumları gizli saxlayır
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info