GUAM çərçivəsində əməkdaşlıq beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir
Tarix: 23.11.2018 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Noyabrın 23-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 29-cu iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze, Ukrayna Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəisi Oleq Semyenenko, Moldova Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəhbəri Dmitriy Volovey və GUAM katibliyinin proqramlarının əlaqələndiricisi Səbuhi Temirov iştirak ediblər.
İclasda Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 28-ci iclasının protokolu, eləcə də sözügedən layihənin GUAM-a üzv ölkələrdə icra vəziyyəti, GUAM-a üzv dövlətlərin baş nazirlərinin bu il oktyabrın 5-də Kişinyov şəhərində keçirilən görüşünün yekunları, GUAM çərçivəsində elektron-rəqəmsal imzanın tətbiqi və tanınması məqsədillə hüquqi bazanın yaradılması perspektivləri müzakirə olunub. Eyni zamanda, "GUAM-ın rəqəmsal ticarət qovşağı"nın yaradılması, tranzit, səlahiyyətli iqtisadi operatorlar və digər məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb.
İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev çıxış edərək GUAM çərçivəsində əməkdaşlığın vəziyyətindən məmnunluqla bəhs edib və bu əməkdaşlığın beynəlxalq ticarətin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
İqbal Babayev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dayanıqlı iqtisadi inkişaf strategiyası gömrük orqanlarının fəaliyyətində də öz əksini tapıb. Komitə sədrinin müavini son dövrlərdə gömrük orqanlarında aparılan islahatlar barədə məlumat verib və qeyd edib ki, mərhələlərlə həyata keçirilən islahatlar gömrük orqanlarının daha çevik və səmərəli fəaliyyət göstərməsinə, şəffaflığın tam təmin olunmasına şərait yaradıb. Artıq struktur islahatlarının başa çatdırıldığı, gömrük əməkdaşlarının mövcud potensialının müəyyənləşdirilməsi və artırılması istiqamətində ciddi tədbirlərin həyata keçirildiyi bildirilib. Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsində aparılan yenidənqurma işləri, ticarətin asanlaşdırılması mərkəzlərinin təşkili, GUAM ölkələri ilə ticarət dövriyyəsinin vəziyyəti barədə də məlumat verilib.
Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze, Ukrayna Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəisi Oleq Semyenenko, Moldova Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəhbəri Dmitriy Volovey və GUAM katibliyinin nümayəndəsi Səbuhi Temirov məruzələrində təşkilat çərçivəsində əməkdaşlığın hazırkı durumu, gələcək perspektivlər, eyni zamanda, üzv ölkələrdə gömrük sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən innovativ layihələr barədə məlumat veriblər.
İclasda gələcəkdə gömrük prosedurlarının sadələşdirilməsi və mal və nəqliyyat vasitələrinin GUAM-a üzv ölkələrin dövlət sərhədlərindən hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində işin davam etdirilməsi, GUAM çərçivəsində elektron-rəqəmsal imzanın tətbiqi və tanınması məqsədilə hüquqi bazanın yaradılması imkanlarının nəzərdən keçirilməsi, Azərbaycan tərəfinin "GUAM-ın rəqəmsal ticarət qovşağı" portalını hazırlayıb başa çatdırması və bu portalın sınaq rejimində istifadəyə verilməsi və növbəti iclasın Gürcüstanda keçirilməsi barədə qərar qəbul edilib.
Daha sonra iclasın yekun protokolu imzalanıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info