Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir
Tarix: 23.11.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Göygöldə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib


Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göygöl
Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib. Tədbiri giriş sözü ilə açan RİH başçısının birinci müavini Turani Əliyev bildirib ki, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirləri mühüm rola malikdir. Natiq bu istiqamətdə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanda mövcud olan tolerant və multikultural mühitdən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında vurğulayıb ki, respublikamızda 861 dini qurum qeydiyyatdan keçib ki, onların 830-u İslam, 31-i isə qeyri-islam təmayüllüdür. Sədrin birinci müavini onu da deyib ki, Azərbaycanda 2250
məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Yaxın şərqdə gedən proseslərə nəzər salan S.Salahlı vurğulayıb ki, dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edir. Onun sözlərinə görə, bu, müəyyən şəxslər və qurumlar
tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir. Sədrin birinci müavini qeyd edib ki, bir sıra ölkələrdə zərərli dini təriqətlərin sərbəst yayılması, radikal və ekstremist qruplarla mübarizə işinin səmərəli qurulmaması, dindən siyasi məqsədlər üçün istifadəyə şərait yaradılması dünyada ekstremizm və dözümsüzlük meyllərini daha da artırır, onların əhatə dairəsini
genişləndirir. Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikalizm və ekstremizmin cəmiyyət üçün
təhlükələrindən danışıb. Bildirib ki, “radikal dini qruplar" kimi səciyyələndirilən belə dini cərəyanlara demək olar ki, bütün böyük dinlərin tarixində rast gəlinir. C.Əlizadənin sözlərinə görə, dinləri əsas məqsədindən uzaqlaşdıran belə radikal qruplara çox təəssüf ki, indiki dövrdə də təsadüf olunur. Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info