Musiqili Teatrda həftəsonu
Tarix: 23.11.2018 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.
Qurumun mətbuat xidmətindən bildirilib ki, noyabr ayının 23-ü və 24-də saat 14:00-da “Hacı Qara” (M.F.Axundzadə), 23-də “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski) musiqili komediyası (rus dilində), 24-də “Mənim günahım” (İ.Əfəndiyev) və noyabrın 25-də “Baladadaşın toy hamamı” (Elçin) tamaşaları isə axşam saat 19:00-da nümayiş olunacaq.
Balaca teatrsevərlər noyabrın 24-də “Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrim qardaşları), 25-də isə rus dilində “Qoğalın məcaraları” (Rus xalq nağılı) tamaşalarına saat 12:00-da baxa bilərlər.
Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar –Əməkdar artistlər Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nərgiz Kərimova, İlham Hüseynov, Boris Qrafkin, Anton Ferştandt, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Emil Heydərov, Rauf Babayev, Gülnarə Əzizova, Yulya Heydərova, Nadir Xasıyev, Elnarə Nağdəliyeva, Elxan İsmayılov, Hüseyn Əlili, Elçin İmanov, Atəş Qarayev, Əmrah Dadaşov, Şaban Cəfərov, Aydan Həsənova, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Telnaz Hüseynova, Zaur Əliyev, Eleonara Mehdiyeva, Nigar Qarayeva, kiçik yaşlı aktyor Rahib Məmmədzadə və başqaları ifa edəcəklər.
Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.






 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info