Ermənistan siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir
Tarix: 23.11.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Dünənə qədər Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyən Ermənistanda bu gün həmin təşkilata üzvlükdən imtina etmək barədə fikirlər səsləndirilir. Görəsən, birdən-birə nə baş verdi ki, Ermənistanın mövqeyində bu cür radikal dəyişiklik meydana çıxdı. Azərbaycan işğalçı Ermənistana arxa olan, yaxud onu bu və ya digər səviyyədə dəstəkləyən ölkələrlə münasibətləri uzun illərdir həyata keçirdiyi prinsipial və ardıcıl xarici siyasət sayəsində elə səviyyəyə qaldırdı ki, Ermənistanın özünə arxa hesab etdiyi ayrı-ayrı ölkələr və regional təşkilatlar bu gün artıq onu dəstəkləmirlər. Doğrudur, Cənubi Qafqazda son iki əsrdə formalaşmış olduqca həssas geosiyasi tarazlığı dəyişmək çox çətin olsa da, nəhayət, son bir neçə ildə Azərbaycan buna xeyli dərəcədə müvəffəq olub. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Milli Məclisin deputatı qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri əslində Cənubi Qafqazda baş verə biləcək yeni geosiyasi reallığın başlanğıcı idi. Artıq bu dəfə son iki yüz ildə ilk belə hal idi ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişmək üçün diktə edən tərəfə çevrildi. Elə bundan sonra da Ermənistanda eyforiya dövrü başa çatdı və yeni siyasi reallıqlar yaranmağa başladı. Hazırda reallıq ondan ibarətdir ki, işğalçı ölkə siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir. Ona görə də tez-tez səhvlərə yol verir. Dolayısı ilə Azərbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır.
Hikmət Babaoğlu deyib ki, bir müddət öncəyə qədər, sadəcə, Azərbaycan tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun küçə demokratiyası artıq Ermənistanın KTMT-də müttəfiqi olan ölkələr tərəfindən də bu cür dəyərləndirilir. Əlbəttə, bu regional təşkilatın adı və nüfuzu, ilk növbədə, Rusiya ilə bağlıdır. Hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, Ermənistanla Rusiya arasındakı münasibətlər tarixdə heç vaxt olmadığı qədər korlanıb. Ona görə ki, regionumuzda siyasi gerçəklikləri dizayn edən güc mərkəzlərinin tarixi şəraiti, Azərbaycanın yerini və rolunu qiymətləndirmələri üçün soyuqqanlı, qeyri-emosional və obyektiv dəyərləndirmə şərtləri yaranıb. Bu tarixi fürsət həm də Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb. Rusiya ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində qiymətləndirildiyini deyən deputat hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından hələ də realizə olunmamış geosiyasi resursların mövcudluğunu qeyd edib. Əlavə edib ki, bunun baş tutması üçün, ilk növbədə, regionda işğal faktına son qoyulmalıdır. Bu, bütün region dövlətlərinin siyasi və iqtisadi təhlükəsizliyi baxımından vacibdir. Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər gün bir az daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin əhəmiyyətsiz aktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info