“Qlobal Rəqabətlilik Hesabatı”: Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında liderdir
Tarix: 23.11.2018 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan yolların keyfiyyəti indeksinə əsasən 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub. AZƏRTAC xəbər verir ki, bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə iki pillə yüksəlib. Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin nəticəsində mümkün olub.
Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksinə görə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.
2018-ci ildə yolların keyfiyyətinə görə postsovet məkanında lider mövqedə olmaqla Azərbaycan Gürcüstanı 46 pillə, Rusiyanı 70 pillə, Qazaxıstanı 72 pillə, Ukraynanı isə 89 pillə qabaqlayıb.
“Qlobal Rəqabətlilik Hesabatı”na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk beşlikdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, builki hesabata əsasən yolların keyfiyyəti indeksinə əsasən Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar.
Beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən yol infrastrukturu dövlət başçısının daim diqqət mərkəzində olmaqla, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisi, habelə istər paytaxt Bakıda, istərsə də bölgələrdə müasir yolların salınması, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, regionların sosial-iqtisadi inkişafına xidmət edir.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
30.11.2020
“Ağyoxuş“ qızıl yatağı istismara verildi
30.11.2020
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
28.11.2020
“Azeri Light” neftinin bir barreli 48,73 dollara satılır
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info