Aqrar turizmin inkişafına dəstək verəcək əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 23.11.2018 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi ilə Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, sənədin imzalanmasında məqsəd Bakıda və ümumiyyətlə, bütün ölkədə aqrar turizmin inkişafına dəstək göstərməkdir.
Hər iki qurum faydalı əməkdaşlıq çərçivəsində turistləri kənd təsərrüfatı məhsulları haqqında məlumatlandırmaq üçün birgə tədbirlər həyata keçirməyi qərarlaşdırıb.
Müştərək fəaliyyət Bakı şəhərində turizmin inkişafına, eləcə də kənd təsərrüfatına töhfə verməyi, Azərbaycan istehsalı olan kənd məhsullarının ölkəmizdə səfərdə olan turistlərə tanıdılmasını hədəfləyib.
Mərasimdə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova tərəfindən qurumların fəaliyyəti haqqında iştirakçılara məlumat verilib, əməkdaşlıq çərçivəsində planlaşdırılan və görüləcək işlər haqqında təqdimat keçirilib.




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
04.12.2020
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
04.12.2020
“Ural Hava Yolları“ Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
04.12.2020
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
04.12.2020
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info